Göz xəstəliklərinin və korluğun qarşısını almaq mümkündürmü? - HƏKİM MƏSLƏHƏTİ
13.11.2021 11:05
Alimlər uşaqlarda xroniki korluğun əsas səbəbləri sırasında katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamini çatışmazlığını göstərirlər. Yaşlı insanlarda korluq şəkərli diabetin nəticələrindən biri ola bilər. Hazırda görmə qabiliyyətinin pisləşməsi ilk növbədə hər gün gözlərimizi təhlükəyə atan müxtəlif cihazların, qurğuların inkişafı ilə bağlıdır.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının cərrah-oftalmoloqu Emil Yusifov “Həkim məsləhəti” rubrikasında “Gözdən əlillik. Göz xəstəliklərinin və korluğun qarşısını almaq mümkündürmü?” sualını cavablandırıb.
 
Məlumdur ki, 13 noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür. Təqvimə “Gözdən Əlillər Günü” kimi düşən həmin gün fransız pedaqoqu, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. Bu tarixin əsas məqsədi ictimaiyyətin diqqətini korluğa və görmə qabiliyyətini itirmiş insanların problemlərinə cəlb etməkdir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 1,3 milyarddan çox insan müxtəlif göz problemlərindən əziyyət çəkir.
 
Həkimin sözlərinə görə, onlardan 39 milyonu tamamilə görmür. 19 mln. uşaq göz xəstəliklərinin qurbanıdır. Görmə ilə bağlı problemləri olan insanların sayı 124 milyondur. Gözdən əlillər arasında çox məşhur insanlar olub: dünyaya “İliada” və “Odisseya”nı bəxş etmiş qədim yunan şairi Homer, alman filosofu Yevgeni Dürinq, bolqar məşhur öncədən görən Vanqa, heykəltəraş Lina Po, ingilis caz pianoçusu və kvintet rəhbəri Corc Şirinq, əfsanə-adam Rey Çarlz, amerikalı müğənni, bəstəkar, multi-instrumentalist, aranjimançı və prodüser Stivi Uander, italyan opera müğənnisi Andrea Boçelli, Everest zirvəsinə qalxan dünyanın ilk alpinisti Erik Veyxenmayer.
 
Bu siyahını artırmaq da olar. Lakin hazırda bütün dünyada tibb və texnologiyalar inkişaf etmişdir və görmə qabiliyyəti zəifləyən, göz xəstəliklərindən əziyyət çəkən hər kəs vaxtında və düzgün müalicə aldıqda korluğun qarşısı alına bilər. Vaxtında edilən müalicə ilə 80 faiz hallarda görməni tamamilə itirmənin qarşısını almaq mümkündür. Azərbaycanda 50 min nəfərə yaxın görmə məhdudiyyətli və görmə qabiliyyəti zəif olanlar var:
 
"Bəzən valideynlər uşaqların aşırı dərəcədə kompüterlə və mobil telefonla vaxt keçirməsinə göz yumurlar. Bütün bunlar gözə pis təsir göstərir. Ona görə də, uşaq yaşlarından başlayaraq, övladlarınızın gözlərini müxtəlif xəstəliklərdən qoruya bilərsiniz. Bunun üçün uşaqlarınızın vaxtlarını necə keçirnəsinə nəzarət etməli, asudə vaxtlarının səmərəli keçməsi üçün onlara məsləhətlər verməlisiniz, telefon və kompüterdə məşğul olmaq üçün ayrıca vaxt ayırmalısınız.
 
Gözlə bağlı hər hansı bir problemlə qarşılaşarkən mütləq həkimə müraciət etməlisiniz. Belə olduqda, gözlə bağlı xəstəliklərin, ilk növbədə isə, görmə qabiliyyətinin zəifləməsinin, itirilməsinin qarşısını almaq mümkün olur.
 
Biz həyatın gözəlliklərini gözlərimizlə görür, duyur, hiss edirik. Özünüzü dünyanın gözəlliklərindən məhrum etməyin. Müalicəsi mümkün olan göz xəstəliklərindın qurtulmaq üçün vaxtında həkimə müraciət edin. Müntəzəm olaraq oftalmoloq müayinəsindən keçmək və sadə qaydalara riayət etməklə uzun müddət normal görmə qabiliyyətini saxlamaq mümkündür".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev