İmmun sisteminin 2 ən böyük düşməni şəkər və trans yağlardır
12.11.2021 16:57

İmmunitetin zəiflənməsinin səbəbi düzgün olmayan qidalanma ola bilər.

 

Aztibb.az xəbər verir ki, rusiyalı həkim-diyetoloq İrina Lizun immun sisteminə ziyan vuran qidalar haqqında məlumat verib. Onun sözlərinə görə, immun sisteminin 2 ən böyük düşməni şəkər və trans yağlardır.

 

“Şəkərin çoxlu miqdarda istehlakı bağırsaqların mikroflorasını pozur, mikroflora isə orqanizmin immun reaksiyalarını fəallaşdırır. Trans yağlar bitki yağlardan “kərə yağı”na oxşayan yağların hazırlanması nəticəsində əmələ gəlir. Trans yağlar yarımfabrikatlarda çoxdur və onlar da immun funksiyasına çox mənfi təsir edir” – həkim bildirib.

 

İrina Lizunun sözlərinə, tərkibində çoxlu miqdarda aromatizatorlar, boyaq maddələri, dadvericilər olan qidalar da immunitetin vəziyyətinə pis təsir edir.

 

Həkim-diyetoloq xəbərdarlıq edib ki, qidalanmada daim eyni məhsulların olması orqanizmdə vitamin, mineral və antioksidantların defisitini yaradır ki, bu da immuniteti zəiflədir.

 

“Qidalanmada yağ və karbohidratlarla zəngin olan eyni qidaların olması immun sistemi üçün çox ziyanlıdır”, - həkim əlavə edib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib