İndi mənim yanıma öz övladlarını, nəvələrini gətirirlər" - 90 yaşlı uşaq həkimi  
01.09.2020 21:54

Hazırda Mübariz Əsgərov adına Salyan şəhər Birləşmiş Uşaq Xəstəxanasının poliklinika şöbəsinin ali dərəcəli həkim pediatrı kimi çalışan Əlisəftər Axundov bu günlərdə 90 yaşını qeyd edib. 

 

Aztibb.az xəbər verir ki, Əlisəftər Mehdiqulu oğlu Axundov 1930-cu ildə Salyan şəhərində, Əli bəy Hüseynzadənin doğulduğu Köhnəbərəağzı məhəlləsində dünyaya gəlib. Orta məktəbi başa vurduqdan sonra 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun "Pediatriya" fakültəsinə daxil olub və 1954-cü ildə həmin institutu bitirib. O vaxtdan Bakı, Neftçala, Salyan, həmçinin, başqa şəhər və rayonlarda uşaq məsləhətxanasının müdiri, baş pediatr, uşaq poliklinikasında şöbə müdiri, Tibb İnstitutunun Uşaq xəstəliklərinin müalicəsi fakültəsində ordinator, baş həkimin müavini, baş həkim, Birləşmiş Uşaq Xəstəxanasının poliklinika şöbəsinin müdiri və başqa vəzifələrdə çalışıb. 

 

Uzun illər boyu uşaqların sağlamlığının keşiyində duran Əlisəftər Axundova 90 yaşında da çox sayda müraciətlər olunur.

 

"Müalicə etdiyim uşaqlar arasında indi yüksək vəzifələrdə çalışanlar, həkim, müəllim, mühəndis işləyənlər, idarə və müəssisə rəhbəri olanlar var. Onlar mənə deyəndə ki, bizi siz müalicə etmisiniz, fərəhlənirəm, onlarla fəxr edirəm. İndi mənim yanıma öz övladlarını, nəvələrini gətirirlər", - deyə həkim bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır