Zob üçün hansı duz faydalıdır? - Endokrinoloqdan MƏSLƏHƏTLƏR
12.11.2021 13:14
Xalq arasında zob (tiroid vəz) müalicəsinə dair çox yayılmış, lakin səhv olan fikirlərdən biri də yodlu duz istifadəsidir.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu belə deyib.
 
Endokrinoloq bildirib ki, ümumiyyətlə yodlu duz istifadə etmək və ya etməmək tiroid xəstəliyini nə yaradar, nə də ki müalicə edər:
 
"Tiroid xəstəlikləri hormon ifrazının az və çoxluğuna görə müxtəlif olur. Yəni sırf bu yöndən düşünsək belə, hər xəstəlik üçün eyni vasitə (məsələn, yodlu duz və ya yod iyləmək) müalicə olaraq tətbiq edilə bilməz. Hətta bəzi tiroid xəstəliklərində yodlu duz qəbulu ümumiyyətlə qadağan edilir.
 
Bunları nəzərə alaraq "yodlu duz istifadə etməklə zob sağalacaq" düşüncələrinin nə qədər səhv olduğunu anlayırıq".
 
Həkim onu da qeyd edib ki, sağlamlığımız üçün gündəlik duz norması 5-6 qramdır. Həm yodlu, həm də yoduz duzun istifadəsində diqqətli olmaq və hansı duzun qəbul edilməsinə həkim tövsiyəsilə qərar vermək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev