Həkim-pediatr: "Rütubətli mühit allergik uşaqlarda öskürək şikayətlərinin ciddi artmasına səbəb olur"
11.11.2021 15:16
Qış fəsli yaxınlaşır və təəssüf ki, bu aylarda evlərdə rütubət "görünməyə" başlayıb.
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bu barədə maarifləndirici məlumat paylaşıb.
 
Həkim bildirib ki, rütubətli mühit allergik uşaqlarda öskürək şikayətlərinin ciddi artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, evin ən uzaq nöqtəsində belə rütubət varsa, uşaq həmin otaqdan ən uzaq nöqtədə olsa belə, yenə də rütubət ona təsir edəcək.
 
Bu aylarda edilən səhvlərdən biri də evdəki rütubətdən asılı olmayaraq evdə buxar maşını istifadə etmək, evin içində paltar qurutmaq və otağı çox isitməkdir. Çünki rütubət nisbətinə baxmadan bu şəkildə evi nəmli bir mühitə çevirmək uşağa fayda yox, zərər verəcək:
 
"Evin rütubəti 45-60% səviyyəsində saxlanılmalıdır. Termometr isə hər bir evdə olmalı, otaqda temperatur 22 dərəcədən çox olmamalıdır. 60%-dən yuxarı nəmlik evi rütubətli hala gətirir və uşaqlarda allergik şikayətləri artırır. Evdəki rütubəti aradan qalmazsa, uşağın şikayətləri təkrarlanacaq, burun tıxanıqlığı və astma xəstəliyi qaçılmaz olacaq".
 
Həkim əlavə edib ki, uşaqda gecə öskürəkləri, 2 həftədən artıq öskürək, davamlı burun axıntısı, təkrarlanan temperatur olursa, gecələr ağız açıq yatmaq və xoruldamaq kimi hallar varsa və tez-tez bronxiolit, bronxit və otit olursa, adeonid əməliyyatı keçirmişsə, pediatr tərəfindən hər ay müayinə edilməlidir. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev