Prokurorluqdan Şirvan xəstəxanasında baş verən insidentlə bağlı məlumat - Araşdırma aparılır  
01.09.2020 17:38

Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb.

 

Şirvan Şəhər Prokurorluğunun Aztibb.az-a daxil olan məlumatda bildirilir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov həmin faktla bağlı şəhər prokurorluğuna müraciət edib.

 

Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin olunub, hadisə yerinə baxış keçirilib. Hadisənin şahidləri müəyyənləşdirilərək izahatları alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Hazırda faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır