Süd vəzi kistası təhlükəlidirmi?
10.11.2021 15:39
Qadınlar arasında süd vəzi kistalarına tez-tez təsadüf edilir. Kistalar müxtəlif olur - ölçülərinə, sayına, yerləşməsinə görə fərqlənir.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, xəstəlik uzun müddət ərzində inkişaf edir və əvvəllər qadına heç bir narahatlıq vermir. Kista böyüdükdə qadının süd vəzisində ağrılar, yanğı və qaşınma hissi əmələ gəlir. Belə xoşagəlməz simptomlar xüsusilə menstruasiyadan əvvəl və menstruasiya zamanı inkişaf edir. Menstruasiya qurtardıqdan sonra simptomlar da keçir. Bəzi kistalar zamanı döş giləsindən şəffaf, yaşıl və ya qanlı maye ifraz olunur.
 

Süd vəzi kistalarının əmələ gəlmə səbəbləri:

 

- stres, emosianal sarsıntılar;
- zehni və fiziki yüklənmə;
- artıq çəki;
- hormonal pozğunluqlar;
- menstrual siklin pozulması;
- hormonal preparatların qəbulu;
- zədə;
- ultrabənövşəyi şüaların təsiri.

 
Süd vəzi kistaları xərçəng deyil və əksər hallarda qadının sağlamlığına ciddi mənfi təsir etmir.
 
Vaxtında aşkar olunduqda süd vəzi kistaları və fibroadenomaları konservativ (dərmanla) müalicə oluna bilir. Ona görə hər bir xanım hər ay mütəmadi olaraq özü özünü yoxlamalı, 6 aydan bir USM müayinəsindən keçməlidir. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev