Həkim-fitoterapevt: "Bu qarışım həm şəkəri aşağı salır, həm də onun ağırlaşmalarını aradan qaldırır"
10.11.2021 15:28
Hil çayı, qarazirə, darçın və qatıqdan ibarət təbii qarışım ağız qurumasını, çox susama hissini aradan götürür, zaman-zaman istifadə olunduqda yüngüllük hissi verir. Bir müddət sonra qanda şəkərin normasına (artıb-azalmasına) diqqət etmək mümkün olur. Qarışım həm şəkəri aşağı salır, həm də bu xəstəliyin verdiyi ağırlaşmaları aradan qaldırır.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoteraoevt Fizuli Hüseynov bu barədə məlumat paylaşıb.
 
Şəkəri aşağı salan resept:
 
Lazım olanlar: 1 çay qaşığı hil, 1 çay qaşığı qarazirə, 1 çay qaşığı darçın, yarım stəkan qatıq. 
 
Gündə 3 dəfə hər yeməkdən 1 saat sonra bitkiləri toz formada qatıqla qarışdırıb yemək olar.
 
"Xatırladım ki, bitkiləri kofeüyüdən vasitəsilə üyüdüb həmin dəqiqə istifadə etmək olduqca faydalıdır. İstifadə müddəti fasiləsizdir. Belə ki, şəkər xəstələri bu qarışımdan hər zaman istifadə edə bilərlər. Bu təbii vasitə şəkərdən başqa yüksək xolesterini aşağı salır, antioksidantdır (xərçəngin müalicə və profilaktikasında istifadə oluna bilər), qaraciyər piylənməsindən və köpdən əziyyət çəkənlər üçün də faydalıdır", - deyə o, əlavə edib.
 
Fitoterapevt onu da qeyd edib ki, qarışım az hallarda qəbizlik verə bilər. Əgər belə bir problem yaransa, yarım çimdik novruz şaxtagülü bitkisinin qurudulmuş və üyüdülmüş köklərindən qarışıma əlavə etmək mümkündür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev