Bypass müalicə metodu üçün GÖSTƏRİŞLƏR
10.11.2021 11:35
Bypass (koronar şuntlama) – ürəyin işemik xəstəliyinin radikal müalicə üsullarından ən effektivi hesab olunur.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Onun sözlərinə görə, Bypass ürək əzələsini qan və oksigen ilə təmin edən damarların tıxanması və ya funksiyasını kifayət qədər yaxşı yerinə yetirməməsi, nəticədə ürək əzələsinin əziyyət çəkməsi halında icra olunur.
 
Döyünən ürəklə, süni qandövranı aparatına qoşulmadan, minimal invaziv metodlarla icra edilən Bypass üçün göstəriş olduğu hallar:
 
- Ballon angioplastik əməliyyatının mümkün olmadığı hallarda;
- Birdən çox koronar damarın əməliyyatsız metodlarla (balon-stent) açıla bilmədiyi vəziyyətlərdə;
- Bir və ya daha çox koronar damarın daha öncə əməliyyatsız metodlarla açılmış olmaqla birlikdə yenidən tıxandığı vəziyyətlərdə;
- Ürək qapaq əməliyyatı lazım olan vəziyyətlərdə bir və ya daha çox koronar arteriyanın problemli olduğu vəziyyətlərdə.
 
Əgər koronar Bypass əməliyyatı yerinə alternativ digər bir metodu icra etmək mümkün olarsa, həkim bu barədə xəstəni məlumatlandırır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev