Solaxay uşaqların zorla sağ ələ keçirilməsi nevroza səbəb ola bilər
09.11.2021 18:24

Valideynlər uşaqlarının solaxay olmasından narahatlıq keçirməməlidir.

 

Aztibb.az xəbər verir ki, sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solayaxlıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır.

 

Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nevroz, pəltək və tənbəl olur.

 

Solaxaylığı qüsur hesab etmək düzgün deyil.

 

Təcrübələr göstərir ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliliyi və bilikli olması ilə seçilirlər. Məhşur italiyalı rəssam Leonardo da Vinçi, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar.

 

Solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev