Limfa düyünləri böyüyübsə.. - Diqqət!
09.11.2021 10:35

Xockin limfoması limfa sistemi xərçəngidir. Bu xəstəlik istənilən yaş qrupunda inkişaf edə bilər. Müşahidələrə görə, kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez təsadüf edilir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, əvvəllər bu xəstəlik müalicə olunmurdu. Hazırda isə vaxtında aşkar olunmuş Xockin limfoması çox uğurla müalicə olunur. Məhz bu səbəbdən limfa düyünlərinin böyüməsi zamanı (xüsusilə bu böyümə uzun müddət ərzində mövcuddursa), mütləq həkimə müraciət etmək lazımdır. Təbii ki, limfa düyünləri tək xərçəng xəstəliyi zamanı deyil, digər daha az təhlükəli xəstəliklər zamanı da böyüyə bilər. Lakin hər halda həkimin müayinəsi zəruridir.

 

Xəstəliyin ilk simptomu limfa düyünlərinin böyüməsidir. Əksər hallarda boyun limfa düyünləri böyüyür, bəzən daxili limfa düyünlərinin ölçüsü də arta bilər.

 

Əvvəlcə düyünlər hərəkətli, elastik, ağrısız olur. Xəstəlik inkişaf etdikcə, hərarətin "səbəbsiz" artması, güclü tərləmə (xüsusilə gecə saatlarında), bədən çəkisinin azalması, anemiya kimi simptomlar inkişaf edir. Böyümüş limfa düyünləri bir-biri ilə birləşir, ağrılı olur (xüsusilə spirtli içkilərin qəbulundan sonra).

 

Limfa düyünlərindən əlavə, Xockin limfoması zamanı ağciyər, sümük toxuması, baş və onurğa beyini, böyrəklər, süd vəzi, yumurtalıqlar və s. zədələnir. Demək olar, bu xəstəlik orqanizmin istənilən toxumalarında pozulmalar yarada bilər. Bu limfa damarların və limfa düyünlərin orqanizmin hər yerində olması ilə izah olunur.

 

Xockin limfoması zamanı dəridə müxtəlif pozulmalar yarana bilər - qaşınma, allergik səpkilər və s. Qaşınma çox güclü ola, hətta insanı yuxudan, iştahadan məhrum edə bilər.

 

Limfoma diaqnozu sitoloji (hüceyrə) müayinə zamanı qoyulur. Bunun üçün nazik iynə ilə böyümüş limfa düyünün mikroskopik hissəsi götürülür və mikroskop altında müayinə olunur. Əgər müayinə zamanı xüsusi çoxnüvəli Şternberq hüceyrələri (sinonimlər - Berezovskiy-Şternberq, Şternberq-Rid hüceyrələri) aşkar olunarsa, "limfoma" diaqnozu təsdiq olunmuş sayılır.
 

Bundan əlavə, qanın ümumi, biokimyəvi analizi, ağciyərin, sümüklər rentgenoqrafiyası, kompüter tomoqrafiyası, limfa düyünlərin USM-i aparılır.

 

Limfomanın müalicəsi zamanı əsasən şüa terapiyası, bəzən kimyəvi terapiya tətbiq olunur. Hazırda Xockin limfoması hətta gecikmiş mərhələlərdə uğurla müalicə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev