Həkim reportajı – Ət xalı və müalicəsi
08.11.2021 14:19
Xal dedikdə bəzən dəridən qabarıq, bəzən dəri səviyyəsində olan qara-qəhvəyi və dəri rəngindəki dəri törəmələri nəzərdə tutulur. Fəqət dermatoloqun gözündə xallar və ya elmi dildə desək nevuslar histopatoloji xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır.
 
Nevuslar epitelden, birləşdirici toxumadan, damarlardan və dərinin rəngini təyin edən melanosit hüceyrələrindən əmələ gələ bilər. Dəri xərçəngi olan melanoma məhz melanosit xallardan və ya melanositik nevuslardan əmələ gəlir.
 
Ət xalı dedikdə isə dəri rəngində olan dəri törəmələri nəzərdə tutulur ki, bunlardan heç bir zaman dəri xərçəngi törəyə bilməz. Bunlar əsasən boyunda, qoltuq altında, qasıqlarda və göz qapaqlarında ortaya çıxır.
 
Ət xalı genetik, endokrin xəstəliklər və daxili orqanların bədxassəli şişləri fonunda da əmələ gələ bilər. Bundan əlavə dəridə dəri rəngində olan başqa dəri törəmələri də vardir ki, ət xalı xəstəliyinə bənzəyir.
 
Bu səbədən ət xalları diaqnozu mütəxəsis tərəfindən qoyulmalıdır və daxili xəstəliklərdən qaynaqlanmadığına əmin olmaq üçün verilən analizlərdən sonra müalicə edilməlidir.
 
Ət xalları müxtəlif müalicə üsulları ilə ləğv edilir. Hər biri də ağrısız və təhlükəsis şəraitdə aparılır.
 
Ən çox istifadə edilən metod isə maye azot və ya krioterapiya üsuludur. Lakin bəzi hallarda ət xalları nəhəng ölçülərə gəlib çıxa bilir. Belə olan halda törəmənin cərrahi üsulla aradanq qaldırılması mümkün ola bilər.
 
Ət xalı problemi kiçik ölçülərdə ikən müalicə edilsə həm maliyyə, həm də fəsadların baş verməməsi baxımından xəstələr üçün səmərəli olar.
 
uzman həkim Mehdi İskəndərli
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib