Gəncədə Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
08.11.2021 12:20
Gəncə şəhərində 44 günlük vətən müharibəsində yaralanan əsgərlərə xidmət göstərmiş tibb işçilərinin iştirakı ilə 8 noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
 
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, TƏBİB-in İctimaiyyətlə əlaqələr və mürəciətlərlə iş departamentinin rəhbəri Aygün Əliyeva, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nazim Əhmədov, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyə və orqan transplantiyası şöbəsinin müdiri Elmir Əsgərov, Gəncə şəhərində fəaliyyət göstərən tibb işçiləri iştirak edib.
 
İlk olaraq qonaqlar ümummilli lider Heydər Əliyevin Gəncə şəhərində yerləşən büstünü, eləcə də respublikamızın müstəqilliyi uğrunda canlarını qurban vermiş Gəncə şəhidlərinin məzarlarını və 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən raket hücumlarına məruz qalmış ərazini ziyarət edib.
 
Tədbir Vətən müharibəsi şəhidlərinin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
 
Sonra müharibə zamanı Gəncə şəhərinə düşmən tərəfində edilmiş raket hücumlardan bəhs edən sənədli film nümayiş etdirilib.
 
Mərasimdə çıxış edən departamet rəhbəri Aygün Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən qazanılan qələbənin 200 illik dövlətçilik tariximizin ən şanlı səhifəsi olduğunu bildirib. O, ölkə başçısı tərəfindən səhiyyə sahəsinə göstərilən qayğının, cəbhə boyu ərazilərdə müasir tipli xəstəxana komplekslərinin, xəstəxanaların inşa edilməsinin, eyni zamanda ixtisaslı həkimlər tərəfindən göstərilən fəaliyyətin 44 günlük Vətən müharibəmizin az itki ilə qazanılmasında böyük rol oynadığını qeyd edib.
 
Daha sonra Nazim Əhmədov və Elmir Əsgərov çıxış edərək Vətən müharibəsi zamanı ordumuzun taktiki gedişləri kimi, Azərbaycan həkimlərinin fəaliyyətinin də müxtəlif ölkə mütəxəssislərinin marağına səbəb olduğunu bildiriblər.
 
Sonda Aygün Əliyeva TƏBİB-in İdarə Heyətinin sədrini vəzifəsini icra edən Vüqar Qurbanovun Vətən müharibəsi zamanı Gəncə şəhərində fəaliyyət göstərən tibb işçilərinə ünvanladığı təbrikini səsləndirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır