Uşaqlarda yastıpəncəlik - Travmatoloq müalicə üsullarını AÇIQLADI
07.11.2021 10:52

"Uşaqlarda yastıpəncəlik çox yayılmış və gündəlik praktikamızda rast gəldiyimiz bir patologiyadır. Bizə müraciət edən uşaqların çoxunda bu patologiya ilə tez-tez üzləşirik. Pəncələrdə əzələ-bağ aparatının zəifliyi - pəncələrin köndələn və yaxud boylama qövslərinin yastılaşması nəticəsində yaranır".

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayevin sözlərinə görə, bu qövslərin, xüsusən də boylama qövslərinin yastılaşması pəncələrdə deformasiyalarla yanaşı, eyni zamanda pəncənin bayıra doğru valgus əyriliyinə, topuqların içə doğru meyllənməsinə gətirib çıxarır:

 

"Yastıpəncəlik, həmçinin, dayaq-hərəkət sisteminin biomexanikasının pozulması nəticəsində onurğada da əyriliklərin yaranması ilə tez-tez müşahidə olunur. Yastıpəncəliyin aradan qaldırılmasının müxtəlif müalicə üsulları vardır. Konservativ müalicə üsullarına – ortopedik içliklər, ortopedik ayaqqabılar, massaj, pəncəaltı və topuqətrafı əzələlərin gücləndirilməsi üçün fizioterapiya misaldır. Əgər aparılmış konservativ müalicə üsulları effektsizdirsə, yaş keçdikcə yastılıq artırsa, digər yuxarıda qeyd etdiyimiz fəsadlara gətirib çıxarırsa, əməliyyat yolu ilə yastıpəncəlik korreksiya edilə bilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev