Kəklikotu çiçəklərindən dəmlənən çayın şəfası
01.09.2020 16:17

Qədim yunanlar kəklikotunu gözəllik ilahəsi Afroditanın şərəfinə yandırırmışlar. Kəklikotu onlar üçün həm də zəhmətsevərlik rəmzi idi. İbn Sina, Dioskorid və Böyük Pliniyin əsərlərində kəklikotu barədə məlumatlara rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, ölkəmizin dağlıq və dağətəyi rayonlarında yetişən kəklikotunun yaşıl yerüstü hissəsi bitki çiçəkləyəndə və ya ondan əvvəl yığılır.

 

Kəklikotu sinir sisteminə müsbət təsir edir, beyində qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni yüksəldir. Başağrıları zamanı yeni dəmlənmiş kəklikotulu çay içmək məsləhətdir. Bu zaman həm də xroniki yorğunluq aradan qalxır, yuxu bərpa olunur. Kəklikotu yaddaşı gücləndirir. Onun qəbulu immun sistemi üçün də çox xeyirlidir. Kəklikotulu çay hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotunu 1 stəkan qaynar suda 20 dəqiqə dəmləmək lazımdır. Çaya bal və limon da əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk əlamətləri özünü büruzə verəndə bu çay çox yaxşı təsir edir, xəstəliyin inkişafının qarşısını alır.

 

Kəklikotu həm də güclü ağrıkəsicidir, antibakterial və antiseptik təsirə malikdir, onun köməyi ilə başağrısı və bağırsaq spazmını aradan qaldırmaq olar. Kəklikotu dəmləməsi ağız boşluğu iltihabları, tonzilit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətə malik olduğuna görə respirator xəstəlikləri zamanı da geniş istifadə olunur. Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmləri yox edir, qurdqovucu təsir göstərir. Kəklikotu yağı isə güclü yara sağaldan xüsusiyyətə malikdir. Yanıqlar, xoralar və donvurma zamanı kəklikotu yağından istifadə olunur. Hamilə qadınların kəklikotudan istifadə etməsi məsləhət görülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza