Şəkərli diabetin yaranmasının ƏSAS SƏBƏBİ
06.11.2021 14:13

Şəkərli diabet xəstəliyi bir günün içərisində meydana gəlmir. Əgər kimsə bu gün şəkər xəstəsidirsə, deməli, onun xəstəliyinin əsası on il əvvəl qoyulub. Ona görə ki, “insulin dirənci” adlandırılan hal on il əvvəldən başlayır və sonralar inkişaf edərək kliniki diabetə çevrilir. Diabet mədəaltı vəzinin sintez etdiyi insulin hormonunun azalması və təsirsizliyi ilə əlaqədar olaraq meydana çıxan xəstəliklər qrupudur.

 

Bu barədə Avropa və Amerika Endokrinologiya Cəmiyyətinin üzvü Hidayət Məmmədzadə məlumat verərək deyib: “Şəkərli diabetin gizli inkişaf etdiyi mərhələyə prediabet deyilir. Orqanizmdə piylənmə artdıqca şəkərli diabet də artır. “Diabezite” deyilən bir anlayış mövcuddur, yəni şəkərli diabet və piylənmə iç-içə xəstəliklərdir.

 

Həkim-endokrinoloq daha sonra deyib: “Hər dəfə şirin qida qəbul etdikdə həmin dəqiqə qan şəkəri yüksəlir. Şəkər toksiki bir maddədir və orqanizm həmin maddəni neytrallaşdırmaq üçün insulin hormonunu dövriyyəyə qoşur. Artmış insulin hormonu insanın insulin müqavimətinin və piylənməsinin çoxalmasının səbəbidir, çünki insulin qlükozanı yağa çevirib depolayan yeganə hormondur. İnsulin qlükozanı qlükogenə və yağlara çevirir. Həmin yağlar qaraciyərdə, daxili orqanların ətrafında və mədəaltı vəzidə toplanır. Şəkərli qidalar qəbul edilən zaman ifraz olunan qlükoza qanda iki saat müddətində qala bilir. Hər dəfə qida qəbul etdikdə qalxanabənzər vəzi qamçılanır və insulin hormonu sintez olunur. Yüksək insulin isə piylənmənin və bir sıra digər xəstəliklərin səbəbidir. İnsulin sintezinin qarşısını almaq üçün orqanizmə daxil olan qida qəbulunu azaltmaq lazımdır. Əlbəttə, orqanizmin vitaminlərə, minerallara, suya, yağlara, zülallara və karbohidratlara ehtiyacı var. Sadəcə olaraq, müasir insanın qida rasionunda karbohidratların miqdarı o qədər çoxdur ki, digər qidaları sıxışdıraraq onların yerini tutub.

 

Orta çəkili insanın bədənində 5 litr qan var. Qanın tərkibində isə cəmi 5-6 qram şəkər olur. Bu isə o deməkdir ki, gün ərzində bir çay qaşığı şəkər qəbul edilməsi kifayətdir. Bunun əksinə olaraq, bir gündə davamlı olaraq müxtəlif formada qlükoza alanda mədəaltı vəzi mütəmadi olaraq insulin sintez etməli olur”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib