ATU-nun Stamatoloji Klinikasında süni intellekt mövzusuna həsr olunmuş seminar keçirilib (FOTO)
06.11.2021 10:18
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasında süni intellekt mövzusuna həsr olunmuş seminar keçirilib. Seminarı klinikanın direktoru Mahir Səfərov açaraq Ankara Universitetinin Stomatologiya fakültəsinin dekanı, professor. dr. Kaan Orhanın ölkəmizdə işgüzar səfərdə olduğunu bildirib.
 
Daha sonra K.Orhan klinikanın həkimləri, tələbə və rezidentləri üçün “Stomatologiya və təhsildə süni intellekt – virtual reallıq simulyasiya texnologiyaları” mövzusunda çıxış edib. 
 
Professor K.Orhan “süni intellekt” ifadəsinin yaranma və onun müasir dövrümüzdə tətbiqindən söhbət açıb. Modern kompüterlərin atası sayılan Alan Turinqin süni intellekt mövzusunda ilk dəfə 1950-ci ildə qələmə aldığı "Hesablama maşınları və şüur" məqaləsində toxunduğunu bildirib: “Alan Turinq “Mind” jurnalında dərc etdirdiyi həmin məqalədə insan ilə kompüterin arasında gedən “Turinq testi”ndən danışıb. 
 
K.Orhan, həmçinin süni intellektin tətbiqi ilə kompüter sistemlərinin və digər süni cihazların köməyi ilə düşüncə və hərəkətin yaradıldığını qeyd edib. O, virtual sahədə reallıqlardan, simulyasiya texnologiyalarından söhbət açıb, nümunələr təqdim edib. Bu texnologiyanın bir çox sahələrdə olduğu kimi, tibb sahəsində, o cümlədən radioloji və stomatoloji sahələrdə də tətbiq edildiyini bildirib. Gələcəkdə bu sahənin inkişafında təxmin edilmiş fərziyyələri, müayinələr zamanı bir çox xəstəliklərin aşkar edilməsində effektiv vasitə olduğunu diqqətə çatdırıb.
 
Seminar müzakirələrlə davam edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib