Azərbaycanda 31,8 min həkim, 55,6 min orta tibb işçisi var
01.09.2020 16:06

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 31 min 829 həkim fəaliyyət göstərir. Tibb müəssisələrində 7 min 801 terapevt, 3 min 556 pediatr, 3 min 368 cərrah, 3 min 131 stomatoloq, 1786 ginekoloq, habelə digər ixtisasdan olan həkim çalışır.

 

Aztibb.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə əhalinin hər 10 min nəfərinə 13,5 pediatr, 7,8 terapevt, 3,4 cərrah, 3,1 stomatoloq, 1,5 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,6 ginekoloq düşür.

 

İlin əvvəlində respublikamızda 55 min 650 orta tibb işçisi, o cümlədən 38 min 292 tibb bacısı, 4 min 144 akuşer, 3 min 553 feldşer-laborant, 2 min 918 feldşer, 628 rentgen üzrə laborant və digər ixtisaslardan olan tibb işçisi qeydə alınıb. Hər 10 min əhaliyə isə 55,9 orta tibb işçisi, o cümlədən 38,5 tibb bacısı, 3,6 feldşer-laborant, 2,9 feldşer, 0,6 rentgen üzrə laborant, hər 10 min qadına 8,3 akuşer və digər orta tibb kadrı düşür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır