Çay sodası düzgün istifadə edilərsə çox təsirlidir– Dietoloqdan məsləhətlər
05.11.2021 17:12

Çay sodası həm daxili, həm xarici istifadə üçün faydalıdır. Lakin hər bir dərman kimi onun da artıq dozası öldürücü ola bilər. Əgər düzgün istifadə etsəniz, o çox faydalı təsir göstərə bilər.

 

Aztibb.az Rusiya mətbuatına istinadən bildirir ki, dietoloq Artyom Leonov sodanın orqanizmə faydalarını açıqlayıb.

 

"O çox güclü qələviləşdirici effekt yaradır, orqanizmi təmizləyir, qanı oksigenlə zənginləşdirir. Soda ağciyərlərə yığılmış bərk bəlğəmi yumşaldır, boğazda, bronxlarda iltihabı götürür.

 

Bədənə skrab kimi çəkdikdə, vannaya əlavə etdikdə, dərin təmizləmə baş verir, dəri yumşalır, ölü toxumalar aradan qalxır. Amma nəzarətsiz və çox miqdarda soda qəbulu mədənin turşu balansını poza, böyrəklərdə daş yarada, selikli qişaları zədələyə bilər.

 

Ona görə soda az halda, çay qaşığının ucunda əvvəlcə suda söndürülərək, sonra bir stəkan ilıq suya əlavə edilib içilməlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev