Mərkəzi Gömrük Hospitalında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
05.11.2021 16:08
Mərkəzi Gömrük Hospitalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, eləcə də DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları iştirak ediblər.
 
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov açıb. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də başlanan və 30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan, xalqımızın birliyindən danışıb, qazandığımız Böyük Zəfərin əhəmiyyətini vurğulayıb.
 
Şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını deyən Ceyhun Məmmədov bu günün Azərbaycan xalqı üçün mühüm tarixi günlərdən biri olduğunu qeyd edib: “Bu böyük Qələbəyə gedən yol heç də asan olmadı. 2908 şəhidin qanı hesabına, min bir əziyyətlə oğul böyüdən şəhid analarının göz yaşları hesabına başa gəldi. Bu gün bu tarixi qələbəmizin qeyd edilməsində onlara borcluyuq”.
 
İdarə rəisi Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatmasında Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının da payı olduğunu vurğulayıb və VMF-in Azərbaycanın Vətən müharibəsindəki Zəfərinə həsr edilmiş “Qarabağ Azərbaycandır!” kolleksiyasından olan “Miras Qələbə vaxtı” xatirə saatlarını onlara hədiyyə edib.
 
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabr tarixindəki çıxışının videoçarxı nümayiş etdirilib. 
 
Tədbirdə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Dr. Gülşən İmanova, Travmatologiya şöbəsinin rəisi Dr. Ramin Rzayev və tibb bacısı Nərmin Fərəcova çıxış edərək Mərkəzi Gömrük Hospitalın 44 günlük müharibə zamanı hərbçilərə göstərdiyi tibbi xidmətlər barədə məlumat veriblər. Çıxış edənlər 2020-ci ilin yaddaşlardan silinməyəcəyini, şəhid olan bacı və qardaşlarımızın əziz xatirələrinin daim qəlbimizdə yaşayacağını söyləyib.
 
Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Racu Nəbiyev 44 günlük Vətən müharibəsində iştirak edən DGK Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin inspektoru Nicat Həsənovun, patomarfoloq Emin Mirzəyevin, DGK "Azərterminalkompleks" Birliyindən Mərkəzi Gömrük Hospitalına təhkim olunmuş IT mütəxəssisi Kamran Mirzəyevin və DGK Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalına təhkim olunmuş mühafizəçi Süleyman Süleymanovun adından çıxış edərək Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib