ATU və Ankara Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb
04.11.2021 19:24
Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Ankara Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənəd hər iki ali məktəbin rektorları tərəfindən təsdiqlənib.
Aztibb.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Ankara Universiteti ilə əməkdaşlığın müddəti qısa olsa da, böyük nəticələr əldə olunub. ATU-nun I kurs tələbələri Ankara Universitetinin 4 ixtisas - tibb, stomatologiya, tibb bacılığı və sağlıq bilimləri ixtisasları üzrə onlayn dərslərində iştirak ediblər. Bundan sonrakı mərhələdə isə tələbə və müəllim mübadiləsinin tətbiqi də planlaşdırılır. Bundan əlavə, Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair planlar da mövcuddur.
ATU-nun rektoru, professor G.Gəraybəyli sazişin imzalanma mərasiminin tarixi bir ərəfəyə - Zəfər Günü ərəfəsinə təsadüf etdiyini qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin güclü dəstəyinə görə görüş iştirakçılarına təşəkkürünü də çatdırıb.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələri arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib. O, təhsil sahəsində iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib. Professor Necdet Ünüvar imzalanan sazişin bu istiqamətdə atılacaq addımlara təkan olacağını əminliklə bildirib.
Sonda Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Mərasimdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Ortopedik Stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov, ictimai səhiyyə fakültəsinin müdiri, professor Anar Ağayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, Türkiyənin Ankara Universitetinin rektor köməkçisi professor Ercan Bayazıtlı, Diş fakültəsinin dekanı, professor Kaan Orhan, rektor danışmanı Ummet Artuç iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

