Hər bir peyvənd uşaqlara vaxtında vurulmalıdır - Pediatr
04.11.2021 16:33

Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Hərçənd ki, bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan çəkinirlər.

 

Aztibb.az-ın məlumatına görə, həkim-pediatr Günay Rəsulova bildirib ki, gecikdirilən peyvəndlər uşaqları xəstəliklərə qarşı müdafiəsiz edir: “Bəzən valideynlər əsassız olaraq peyvəndi gecikdirirlər. Məsələn, uşağın iki aylığında vurulmalı peyvəndi bir yaşında vurdurmaq istəyir. Bu, tamamilə yanlışdır, çünki iki aylığında edilməli peyvənd körpənin həyatı üçün çox vacibdir. Peyvəndin qoruduğu infeksion xəstəliyə körpə yoluxduqda ya ağırlaşma ilə keçirə bilər, ya da ölümlə nəticələnə bilər”.

 

O, əlavə edib ki, körpənin ilk üç peyvəndi doğum evində ilk 12 saat ərzində hepatit B-yə qarşı aparılır. Dördüncü-yeddinci günündə vərəm və poliomielitə qarşı peyvənd vurulur. Ərazi üzrə poliklinikaya qeydiyyata alınandan sonra isə tetanus, göyöskürək, hemofil infeksiyası, pnevmokok, məxmərək və qızılcaya qarşı peyvəndləmə aparılmalıdır.

 

Həkimin dediyinə görə, peyvənd sağlam uşağa vurulmalıdır. Allergiyası kəskinləşən, ciddi xəstəliyi olan uşaqlara peyvənd vurdurmaq olmaz: “Bəzən valideynlər hesab edirlər ki, əvvəl uşağı müayinə etmək, analiz vermək və yalnız bundan sonra peyvənd edilməlidir. Ümumiyyətlə, tibdə belə bir şey yoxdur. Doğrudur, peyvənddən əvvəl uşaq müayinə edilib yoxlanılmalı, yanaşı hər hansı bir xəstəliyi olub-olmaması aydınlaşdırılmalıdır. Məsələn, qripə yoluxan, öskürəyi və qızdırması olan uşaqlara peyvənd vurulması müvəqqəti olaraq təxirə salınır və sağaldıqdan sonra peyvənd aparılır”.

 

Qeyd edək ki, peyvənddən sonra əmələ gələn ağrı, yüngül qızdırma, temperaturun yüksəlməsi halları tamamilə normaldır. Həmin narahatlıqlar əsasən 3-5 gün ərzində keçir. Ancaq valideynlər ciddi narahatlıq hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev