Öskürək və göy öskürək əleyhinə TƏBİİ ÇARƏ
04.11.2021 17:54
Həkim-fitoteraoevt Fizuli Hüseynov öskürək əleyhinə faydalı və asan başa gələn resepti açıqlayıb.
 
Aztibb.az həmin resepti təqdim edir:
 
6 ədəd əncir bıçaqla kiçik ölçüdə doğranılır (təxminən fındıq ölçüsündə), 2 stəkan südün içində qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir. İlıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal 2-3 çimdik toz zəncəfil əlavə olunur və qarışdırılır. Qarışım yeməkdən 1 saat əvvəl 1 stəkan içilir.
 
Əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.
 
5-10 yaşlı uşaqlar gündə 1 stəkan, 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər.
 
F.Hüseynovun sözlərinə görə, qarışım öskürək əleyhinə çox təsirli vasitədir, o, immun sisteminin gücləndirilməsi üçün də effektiv vasitədir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev