"Bu ürək xəstəliyi vaxtında müalicə olunmazsa, həyati təhlükə yarada bilər" - Uzman həkim
03.11.2021 15:35
Abdominal aorta anev­rizması (AAA), qarın aorta damarının diametrin­in 5 santimetrdən çox və ya normal diame­trindən ən azı 50% daha çox genişlənməsi halıdır. Bu, vaxtında müalicə olunmazsa, həyati təhlükə yarada bilər. 
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, AAA riski yaşla birl­ikdə artmaqdadır və ən çox 60-80 yaşı ol­an insanlarda rast gəlinir. Əsas səbəb ateros­klerozdur. Abdominal Aorta Ane­vrizması (AAA) partl­adıqda, şikayətlər qarının alt qismində və ya kürəkdə qəfildən yaranan və şiddətli ağrı, ürək bulanma­sı və qusma, tərləmə, baş gicəllənməsi və ayağa qalxanda ürək atışının artması formasındadır:
 
"Partlamış bir AAA-­nın səbəb olduğu dax­ili qanaxma xəstədə şoka səbəb ola bilər. Abdominal aortanın anevrizmasının cır­ılması ölümlə nəticə­lənən bir ağırlaşmad­ır. Cərrahi müdaxilə və ya endovaskulyar metodla (EVAR) aorta bərpa edilərək həyati təhlükə yaradan an­evrizmadan qurtulmaq mümkündür.
 
Əməliyyat EVAR üçün uyğun olmayan və ya yırtılma əlamətləri olan hallarda aparı­lır. Əməliyyatla qar­ın boşluğu açılır, anevrizma sahəsi aşağı və yuxarı tərəfdən bağlanır və arasına sintetik materialdan hazırlanmış süni qreft qoyulur".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev