Saturasiyanın 93-dən aşağı düşməsi xəstəxanaya getmək üçün əsasdır
03.11.2021 15:17

Saturasiya qanın oksigen ilə doymasıdır. İnsan hər nəfəs aldıqda ağciyərlər, ilk növbədə oksigen dozasını alır, sonra onu paylaşdırıb hüceyrələrə çatdırır. Ona görə qana nə qədər oksigen keçdiyini saturasiyanı ölçməklə bilmək olur.

 

Aztibb.az xəbər verir ki, saturasiya normada 96-99 arası olmalıdır.

 

Hansı xəstəlik və problemlərdə insanın saturasiyası aşağı düşə bilər?


- Artıq çəkili, piyli insanlarda əksər hallarda 95-96 olur.
- Anemiya, qanazlığı;
- Təzyiqi olanlarda;
- Ürək-damar xəstəliklərində;
- Ağciyər xəstəliklərində;
- Əməliyyatdan sonra;
- Ağır travmalarda;
- Beyin qan dövranı pozulmasında;
- İnsultlarda;
- Koronavirus və digər infeksiyalarda;
- Pnevmoniyada.

Saturasiyanı nəzarətdə saxlamaqla xəstəliyin gedişatını və ağciyərlərdə nə qədər fəsad yaratdığını bilmək olar.

 

Təhlükəli hədd:

 

Əgər qanda saturasiya 93-dən aşağı düşübsə, bu artıq xəstəxanaya getmək üçün əsasdır. Əgər saturasiya 80-dən aşağı göstərirsə, xəstə İBL, tənəffüs aparatına qoşulmalıdır.

 

Xəstəni uzun müddət aşağı saturasiya ilə evdə saxlamaq olmaz, bu hipoksiya yaradır, beyin və ürək toxumasını qansız qoyur.

 

Çox siqaret çəkən insanlarda normalda saturasiya 92 ola bilir.

 

Əgər saturasiya 94 göstərirsə, oksigen aclığı yaşamamaq üçün tədbirlər görülməlidir.

 

Hipoksemik koma artıq saturasiya 60-dan aşağı düşəndə baş verir və xəstə həyatını itirir. Saturasiyanı xəstəxanada, reanimasiyada xüsusi ekranlı cihazda mütəmadi yoxlayırlar.

 

Digər hallarda və evdə barmağa taxılan pulsoksimetr adlı portativ cihazla ölçülür. Pandemiya dövründə geniş istifadə olunan bu aparat ya barmağa, ya da qulaq ucuna taxılır. Burda həm saturasiya, həm də ürək nəbzi göstərilir. Qadınlarda dırnaqda boya, şellak və ya süni dirnaq olduqda ölçmə düzgün aparılmır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev