"Uşaqlarda hərarətin aşağı olması hipotermik sindromdur" - Həkim-pediatr AÇIQLADI
02.11.2021 12:54
Əgər uşaq yaxın günlərdə virus infeksiyası keçiribsə, həm də bu günlər ərzində hərarəti çox yüksək (39-40) olubsa, o zaman hərarətin enə biləcəyi halları gözləyirik. Uşaq sağaldıqdan sonra bilirik ki, artıq hərarət yüksəlmir. Lakin uşaq zəifdir, yaxşı yemir və bir gecə ağlayır, narahat olur. Hərarətini ölçdükdə 35 dərəcə göstərir. Bu, hipotermik sindromdur.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.
Həkimin sözlərinə görə, hipertermik sindrom - hərarətin yüksəlməsi uşağı nə dərəcədə narahat edirsə, hipotermik sindrom yəni hərarətin düşməsi də eyni dərəcədə narahat edir. Fərq ondadır ki, hərarət aşağı olduğu zaman bədən soyuq olur və biz onu isitməyə çalışırıq. Hərarəti normadan düşən uşaq üşüyür və çox zaman bunu ağlamaqla bildirir, bədəni soyuq olur və dəri rəngi avazıyır, nitqi aydın olmur, baxışı donuq olur:
"Bu əlamətlər uşaqda qıcolmanın baş verməsinə bənzəyir, amma qıcolma deyil. Bədəni isitmək üçün ən yaxşı yol dəri-dəriyə təmasdır. Uşaq körpədirsə, onun bədəni ilə təmas üçün ana qucağı kifayət edir. Daha yuxarı yaşlarda olan uşağı isti ədyala bükmək, ayaqlarına istiqac (qrelka) ya isti su doldurulmuş plastik butulka qoymaq, bədəni kamfora yağı ilə ovuşdurmaq lazımdır. Belə olan halda, araq və ya spitrlə ovuşdurmaq olmaz. Bu zaman damarlar genişlənir, əlimizin altında isinmə hiss edirik, amma bədənin olan qalan istiliyi də xaric olur. Ona görə bu üsul hərarətli olan zaman lazımdır. Hərarət olduqda isə əksinə kamfora olmaz. Kamfora yağı tədricən təsir edir, neyroreseptorları qıcıqlandıraraq bədənin tonusunu qaldırır.
Uşağa isti maye içirtməyi də unutmuruq. 35 dərəcəyə kimi hərarət enməsi zamanı ilk yardımı göstərib nəzarət edirik. 35-dən aşağı olarsa, təcili yardım xidmətinə müraciət etmək lazımdır".
A.İsmayılzadə bildirib ki, normal halda isə yuxu zamanı bədən hərarəti bir dərəcə enə, 35,6 ola bilər. Ona görə üstümüzü örtmək ehtiyacı duyuruq. Körpələrdə isə metabolizm sürətli getdiyindən onlar üstlərini biixtiyar açırlar. Hərarətli virus infeksiyası gunlərindən sonra bu kimi halların baş verməsi normaldır. Çünki hərarət tənzimləyən mərkəz günlərlə virus toksini səbəbindən güclü iş rejimində olur, sonda sanki işi pozulur. Bundan əlavə, uşağa eyni vaxtda verilən müxtəlif hərarətsalıcılar daha mühüm amildir. Son günə kimi 38 dərəcəni gözləmədən dərman vermək də səhvdir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

