Qida obyektlərinin sağlamlaşdırılması ilə bağlı layihə davam edir
02.11.2021 12:06
Qida bələdçisi"nin 79-cu buraxılışı yayımlanıb.
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “ARB 24” telekanalının birgə layihəsi olan “Qida bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda da aktual və maraqlı mövzulara toxunulub:
- Respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə daha bir neçə ölkədən diri heyvan,heyvan mənşəli məhsulların və xammalın idxalına müvəqqəti məhdudiyyət qoyulub. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Namibiya Respublikasının Zambezi regionunda dabaq xəstəliyi, Estoniya Respublikasının Tartumaa inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu yoluxucu heyvan xəstəliklərinə qarşı qabaqlayıcı tədbir olaraq Namibiyanın Zambezi regionundan diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, o cümlədən tranzit daşınmasına, Estoniyanın Tartumaa inzibati ərazi vahidindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İtaliya, Bolqarıstan, Polşa, İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın bir sıra inzibati ərazi vahidlərində qeydə alınmış yüksək və aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Həmçinin xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və vilayətlərin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar olaraq sadalanan dövlətlərin məhdudiyyət tətbiq edilən inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti, quşçuluq məhsullarının və damazlıq yumurtanın ölkəmizə idxalı ilə bağlı tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
- Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması ilə bağlı layihə davam edir. Layihə çərçivəsində ilkin olaraq paytaxtda 10, bölgələrdə də 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.
- İrandan ölkəmizə idxal olunan 64 tondan çox istifadəyə yararsız kartof məhsulu geri qaytarılıb. Məhsulda karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi aşkarlanıb.
- Rusiyadan ölkəmizə idxal olunan kartof məhsulu partiyasında da karantin əhəmiyyətli zərərli orqanizm aşkarlandığından Cəlilabad poliqonunda məhv edilib.
- Fındıq məhsulunun keyfiyyətinə və təhlükəsizliyinə ciddi təsir edən amillərdən biri də aflatoksinin yaranmasıdır. Fındıqda aflatoksin məhsulun düzgün şəkildə qurudulmaması, uzun müddət torpağın üzərində qalması, qurudulduqdan sonra torpaq, yarpaq, ot kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun yığılmaması və düzgün şəraitdə saxlanılmaması zamanı yaranır. Bu toksinin miqdarı normadan yüksək olduqda insan sağlamlığı üçün xüsusi təhlükə mənbəyinə çevrilir.
- Ölkədə qida təhlükəsizliyinin təmin olunmasında, rəqabətqabiliyyətli məhsulların ixrac potensialının artırılması və genişləndirilməsi baxımından laboratoriya sisteminin inkişafı, modernləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması müstəsna əhəmiyyətə malikdir. Qonağımız “Analitik Ekspertiza Mərkəzi” departamentinin müdiri Fərid Əliyev AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, eləcə də beynəlxalq təşkilatlar, xarici laboratoriyalarla əlaqələri, əməkdaşlığı barəsində ətraflı məlumat verib.
- Yeməklərin hazırlanmasında yağların rolu böyükdür. Qidalara ləzzət, dad qatan əsas nemətlərdən biridir. Təəssüf ki, bəzən yağlardan təkrar-təkrar istifadə edilərək də yeməklər hazırlanır. Bu da onun tərkibinin dəyişməsinə səbəb olur, orqanizmi bir çox problemlərlə üz-üzə qoyur. “AQTA maarifləndirir” rubrikasında diyetoloq Emil Hidayətli və AQTİ-nin mütəxəssisi Xədicə Doldolova yağlardan dəfələrlə istifadənin orqanizmə təsirindən geniş bəhs edib.
Qeyd edək ki, “Qida bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB 24" telekanalında yayımlanır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

