"Manual terapiya zamanı edilən sərt hərəkətlər vaskulyar zədələnmələrə səbəb ola bilər" - Türkiyəli həkim
01.11.2021 14:43

Bəzən qeyri-həkimlərin manual terapiya ilə məşğul olduqlarını görürük. Lakin nəzərə almaq lazımdır ki, hər bir insanın edə biləcəyi və edə bilməyəcəyi hərəkətlər var.

 

Aztibb.az xəbər verir ki, bunu Respublika Diaqnostika Mərkəzinin həkimi Ahmet Memiş 29 oktyabr - Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş “Neyrovaskulyar çatışmazlıq: imkanlar və gələcək perspektivlər” mövzusunda onlayn elmi konfransda “Funksional-Topoqrafik Beyin-Damar Radiolojik Anatomiyası: patoloji korrelyasiya” mövzusunda çıxışı zamanı deyib. O, insanların özünün boynunu şaqqıldatmasının da mənfi nəticələrə, hətta iflicə gətirib çıxara biləcəyini vurğulayıb.

 

Həkimin sözlərinə görə, bütün hərəkətlər fizioloji səviyyə çərçivəsində edilməlidir. Bir insanın fizioloji olaraq edə biləcəyi hərəkətlərin xaricində, hansısa uşağın etdiyi hərəkətlərlə, 70 yaşında olan birinin etdiyi hərəkətlər arasında çox böyük fərqlər var:

 

“Uşaqların etdiyi gimnastik hərəkətləri yaşlı bir insan edərsə, o, iflic ola bilər. Həmçinin manual terapiya zamanı edilən sərt hərəkətlər vaskulyar zədələnmələrə səbəb ola bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev