"Su çiçəyinin xarakterik yayılma vaxtı payız-qış mövsümüdür" - Pediatr-neonatoloq
01.11.2021 10:54
Payızın ikinci yarısı ilin o dövrüdür ki, bu zaman nəinki xroniki xəstəliklər kəskinləşir, həm də müxtəlif virus infeksiyalarına yoluxma riskləri artır. Bu infeksiyalardan biri də su çiçəyidir. Su çiçəyinin xarakterik yayılma vaxtı payız-qış mövsümüdür. Su çiçəyi dünyada ən çox yayılmış infeksiyadır. Onu törədən virus - Herpes viruslar ailəsinə aid olan Varisella-Zosterdir. Yalnız insanlarda xəstəlik törədir və hava-damcı yolu ilə, nadir hallarda isə anadan bətnində olan uşağa ötürülür.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloqu Telman Aytayev “Həkim məsləhəti” rubrikasında “Payız-qış mövsümünün infeksion xəstəliyi - su çiçəyi və ondan qorunma yolları hansılardır” sualını cavablandırıb.
O, bildirib ki, su çiçəyi virusu çox yoluxdurucudur, əgər kollektivdə kimsə bu virusa yoluxubsa, çox ehtimal ki, əvvəllər bu xəstəliyi keçirməyən qalan əməkdaşlar da (95%) yoluxacaq. Su çiçəyi xəstəliyinə daha çox 2 yaşdan yuxarı uşaqlar tutulur. Bəzən uşaq kollektivlərində bu infeksiya sürətlə yayıla bilir. Bu zaman virus həmin müəssisədə kiçik məsafələrlə (otaqdan otağa) deyil, böyük məsafələrlə də (bir mərtəbədən o biri mərtəbəyə) sürətlə yayıla bilir:
"Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə də bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, su çiçəyindən sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri uzun müddət qala bilir. Su çiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Bu xəstəliyə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır.
Su çiçəyinə yoluxmuş xəstələrin əksəriyyəti onu yüngül keçirir, lakin immuniteti zəif olan yenidoğulmuşlar, yeniyetmələr və bəzi yaşlı insanlar üçün su çiçəyi ağır xəstəlik olub, fəsadlar yarada bilir. Virus orqanizmə yuxarı tənəffüs yolları vasitəsilə daxil olur. Bədənin temperaturu qalxan zaman səpkilər yaranmağa başlayır. Səpki əvvəlcə üzdə, başın tüklü hissəsində yaranır, sonra bədənin başqa yerlərinə yayılır. Bu səpki yox oluncaya qədər vanna qəbul etmək olmaz. Su çiçəyindən qorunmağın ən yaxşı yolu – peyvənddir".
Həkim qeyd edib ki, su çiçəyinə qarşı peyvəndin vurulmasının məqsədi – infeksiyanın ağır keçmsinin profilaktikası və immuniteti formalaşdırmaqdır. Uşaqlara 1 yaşdan sonra vaksinasiya icazə verilib. Hamiləlik planlaşdırıldıqda da, bu qadınlar peyvənd oluna bilər.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

