392 ictimai obyektdə 673 monitorinq keçirilib - 5 müəssisədə qanun pozuntuları aşkarlanıb
31.10.2021 12:34
AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
 
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 29-da ölkə üzrə 392 ictimai iaşə obyektində 673 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
 
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
 
1. Bakı şəhəri, Səbail rayonu, M. Hüseyn 88, m 5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə 34 ünvanında yerləşən, fiziki şəxs Ramazan Abdullayev Miri oğluna məxsus “Qədim Bağ” restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən, hüquqi şəxs "Dana Burger-Çi" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 107 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;
5. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr. 81 ünvanında yerləşən, fiziki şəxs Niyazov Pərviz Valeh oğluna məxsus restoran.
 
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev