Böyrəyin sallanması - Nefroptoz/SƏBƏBLƏRİ
31.10.2021 12:45
Bədənin vəziyyətinin dəyişilməsi, nəfəsalma zamanı böyrəklər şaquli istiqamətlə 1-2 sm olmaqla yerini dəyişir. Bu, normal fizioloji prosesdir. Lakin bəzən böyrək 10 sm kimi aşağı enir, hətta kiçik çanağa düşür, bəzən isə burulur. Böyrəyin belə həddən artıq hərəkətliliyi nefroptoz adlandırılır.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, nefroptoz təhlükəli pozulmadır. Nefroptoz zamanı böyrəyin normal fəaliyyəti pozulur. Nəticədə bu böyrəkdə iltihab inkişaf edə bilər, daşlar əmələ gələ bilər. Bundan əlavə, böyrəklərin normal fəaliyyətinin pozulması nəticəsində insanda arterial hipertenziya (arterial təzyiqinin patoloji yüksəlməsi) inkişaf edə bilər.

Nefroptozun səbəbləri:

 

- kəskin arıqlama (bu zaman böyrəklərin ətrafında olan piy qatı nazilir və böyrəyin hərəkətliliyi artır);

- ağır fiziki iş;

- qarın boşluğu divarının əzələlərinin zəifləməsi (adətən qadınlarda hamiləlik və doğuşdan sonra);

- travmalar, infeksion xəstəliklər.

 

Nefroptoza şübhə yarandıqda həkim xəstəyə böyrəklərin USM-ni (ayaq üstə), qan və sidiyin analizlərini təyin edir. Xəstəliyin ilkin mərhələlərində xəstəlik konservativ üsullarla (cərrahi əməliyyatsız) müalicə olunur. Xəstəyə xüsusi bandajın taxılması, müalicəvi bədən tərbiyyəsi təyin edilir. Üzgüçülük da bu xəstəliyin müalicəsində çox yaxşı kömək edir. Xəstəliyin daha gecikmiş mərhələlərində adətən cərrahi müalicə tətbiq olunur. Böyrək öz qanuni yerinə qaytarılır və burada bərkidilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev