Qəbul edilən qidalar ana südünün qoxusu və dadına necə təsir edir?
31.10.2021 11:33

Ana südü uşağın inkişafı və sağlam qidalanması üçün əvəzolunmaz nemətdir. Ana südünün faydalı olması hər kəsə məlum olsa da, bu barədə bəzi vacib və maraqlı faktları bilmək də yararlı olardı.

 

Ana südü haqqında maraqlı faktlar:

 

Bir dəfə ana südü ilə əmizdirmə zamanı 500-600 kalori enerji sərf olunur.

 

Ana südünün tərkibinin 87 faizi sudan təşkil olunduğu üçün o, qida olmaqla yanaşı, uşağın suya olan tələbatını tamamilə ödəyir. Ana südünün tərkibində körpənin infeksiyaya qarşı mübarizə aparmasına kömək edən antikorlar və canlı ağ qan hüceyrələri var. Ana və ya körpə xəstələnəndə ana südündəki bu hüceyrələrin miqdarı artır.

 

Ağız südü (ilk ana südü) körpənin bağırsaq sistemini örtən xüsusi zülallardan ibarətdir ki, bunlar da körpəni zərərli bakteriyalardan qoruyur. Əmizdirmə zamanı beyin prolaktin və oksitosin hormonlarını ifraz edir ki, bu da körpə ilə emosional əlaqə qurmağa, həmçinin stres atmağa kömək edir.

 

Ana südünün qoxusu və dadı yeyilən qidalardan asılı olaraq dəyişir. Körpə ana südü vasitəsilə müxtəlif qoxu və dadla tanış edilərsə, o, gələcəkdə qidalara qarşı daha az seçici yanaşacaq. Körpə əlavə qidalanmaya keçdikdə, yeməyin tərkibindəki inək südü əvəzinə ana südü istifadə edilə bilər.

 

Ana südü həmişə ağ olmur. Nə yeyildiyindən və ya içildiyindən asılı olaraq mavi, yaşıl, sarı, çəhrayı və ya narıncı ola bilər. Narahat olmağa dəyməz, çünki bunun körpəyə ziyanı yoxdur. Ana südünün miqdarı süd vəzisinin ölçüsündən asılı deyil.

 

Ana südünün miqdarı böyüyən körpənin ehtiyaclarını ödəmək üçün daim dəyişir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev