Qozlu-ballı suyun FAYDALARI
31.10.2021 00:28
Həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə qozlu-ballı suyun faydalarına dair resept paylaşıb.
Aztibb.az həmin resepti təqdim edir:
Axşam yatmazdan əvvəl 1 stəkan çiy suya 2 ədəd qoz, 1 dolu çay qaşığı təmiz bal qarışdırıb, səhər yeməyindən ən azı 1 saat əvvəl şərbəti içib, qozları isə yemək lazımdır.
Bu təbii qarışım:
- Qan dövranını yaxşılaşdırır, əlləri ayaqları daim soyuq olanlar üçün faydalıdır.
- Səhər acqarına içilməsi və yeyilməsi bütün gün boyu insanın gümrah qalmasına səbəb olur.
- Davamlı içilməsi güclü immunitet əmələ gətirir.
- Qoz və bal beynimiz üçün əla bir qida vasitəsidir. Beyin qan dövranı, diqqət, yaddaş, baş ağrıları üçün faydalıdır. Buna səbəb qozun tərkbində olan Omeqa-3 və gümüşdür.
- Mədəaltı vəz iltihabı (xroniki pankreatit) xəstələri üçün faydalıdır, sadəcə belə xəstələr qarışımı yeməkdən 2 saat əvvəl içməlidirlər.
- Səhər acqarına içilməsi orqanizmi xərçəngdən qoruyur.
- Arıqlamaq istəyənlər üçün də faydalıdır, çünki piyləri əridir oksidləşmə, reduksiya prosesini artırır.
- Uzunmüddətli istifadədən sonra yüksək xolesterin normaya düşür.
- Yod çatışmazlığı (zob) xəstələri üçün əla bir vasitədir, gündən-günə yüksəlmiş TSH hormonunu normaya salır.
- Kista və miomadan əziyyət çəkənlər üçün faydalıdır.
- Tərkibindəki zəngin minerallar saç tökülməsinin qarşısını alır.
- Süd verən analar üçün faydalıdır, südü artırır.
- Üzunmüddətli istifadədən sonra saçlar qalınlaşır, dəri daha parlaq olur.
- Davamlı şəkildə içilməsi qanda yüksəlmiş sidik turşusunu aşağı salır, bununla da pəncə, daban və diz ağrılarını azaldır.
Fitoterapevt, həmçinin bildirib ki, qarışım məktəbli uşaqlar, imtahana hazırlaşan yeniyetmələr üçün olduqca faydalıdır. Həm orqanizmi vitamin, mineral və aminturşu ilə təmin edir, həm əsəb əleyhinə təsiri var, həm də qavramanı (əzbərləmə) artırır. Bu qarışım yüngül işlədici olduğundan babasili olanlar üçün də faydalıdır.
Qeyd etmək lazımdır ki, şəkər xəstələri və yüksək təzyiqdən əziyyət çəkənlər bal qarışdırmadan tək qozu suya qoyaraq içə bilərlər.
Eyni zamanda ballı-qozlu su:
- Qanazlığı olanlara müsbət təsir göstərir.
- Bu qarışım allergenlərə qarşı davamlılığı artırır. Zaman-zaman içilməsi allergiyanın aradan qalxmasına səbəb olur.
- Uzun zaman öskürəkdən əziyyət çəkənlər üçün xeyirlidir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

