"Aorta anevrizması çox ciddi bir xəstəlikdir" - Uzman həkim
30.10.2021 11:38
Aorta bədənin ən böyük damarıdır. Dəqiqədə təxminən 3-7 litr qan daşıyan aortanın təzyiqinin yaratdığı ritm qan təzyiqi olaraq təyin olunur.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, aorta anevrizması - müxtəlif səbəblərdən damarın deformasiyası və zəifləməsi nəticəsində damarın balonlaşmasıdır. Damar diametrinin 50% genişləndiyi hallarda aorta anevrizmasını qeyd etmək olar. Aorta anevrizması damarda artan təzyiq və partlama riski səbəbindən çox ciddi bir xəstəlikdir.
 
Aortanın genişlənməsində irsi və qazanılmış faktorlar rol oynayır. Bu səbəbləri aşağıdakı kimi sıralamaq olar:
 
- Siqaret;
- Diabet;
- Yüksək xolesterol;
 -Yüksək təzyiq;
- Arteriya divarının sərtləşməsi;
- Yaralanma və ya infeksiyalar da aorta divarını zəiflədə bilər və anevrizmaya səbəb ola bilər.
 
"Anevrizma nisbəti aşağı olan xəstələrdə müxtəlif skrininq üsulları ilə xəstə periodik olaraq izlənilir. Böyük anevrizması olan xəstələrdə endovaskulyar müalicə üsulları və digər cərrahi üsullar tətbiq edilir. Aorta anevrizması olan xəstələrin yaşı, çəkisi və anevrizmanın ölçüsü tətbiq olunacaq müalicəni təyin edən amillərdir", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev