Evdən işləyənlər üçün sağlam qidalanma QAYDASI
29.10.2021 09:11

Pandemiya dövründə bir çoxumuz evdən çalışmaq məcburiyyətindəyik. Bəs evimiz, ofisimizdirsə sağlamlığı və fit qalmağı necə təmin edək?
Xüsusilə də şəkərli diabeti, yüksək təzyiqi olanlar qidalanmalarına necə diqqət etməlidirlər?

 

Aztibb.az xəbər verir ki, endokrinoloq Fərhad Burzu evdən işləyənlər üçün sağlam qidalanma qaydalarını təqdim edib:

 

Mətbəxdə işləməyin.

 

Mətbəxdə olmanız, qeyri-yemək saatlarında, ac olmasanız belə, tez-tez atışdırmalıqlar yeməyinizə səbəb olacaq. Kompüterinizi evin daha sakit bir güşəsində quraşdırmanız daha məqsədəuyğundur.

 

Yemək saatlarınızı təyin edin.

 

Əsas yemək və atışdırmalıqlar, çay vaxtlarınız. Bu zaman daha planlı çalışacaqsınız və yeməyə müəyyən olunmuş vaxtdan çox vaxt sərf etməyəcəksiniz.

 

Yemək yeməyi unutmayın.

 

Başınızı işinizə qatıb, yemək vaxtını ötürməyin. İşiniz çoxdursa, saatı yemək vaxtına qurun, və qidalanın.

 

Yeməkləri əvvəlcədən hazırlayın.

 

Sanki ofisdə çalışdığınız günlərdəki kimi, yeməkləri əvvəlcədən hazırlayın və bu sizin iş saatlarında vaxtınıza qənaət rtməyinizə səbəb olacaq. Hazır doğranmış tərəvəz salatı, sobada toyuq və s.

 

Sağlam qidalanmaya üstünlük verin.

 

Qidalanmanızın balanslaşdırılmış olması sağlamlığınız üçün çox vacibdir. Ət, balıq, doymamış yağlar, lifli ərzaqlar, mövsüm tərəvəzləri və meyvələrinə üstünlük verin.

 

Gün ərzində yetərincə su için.

 

Gündəlik su norması, çəkinizə görə, hər 1 kq-30 ml sudur. Şirin və qazlı içkilərdən uzaq durun.

 

Kofein qəbuluna diqqət.

 

Gün ərzində qəhvəni 2 fincandan artıq içməyiniz sağlamlığınız üçün zərərli ola bilər.

 

Evinizə zərərli atışdırmalıqlar (çips, kreyker, şirin peçenye və s. ) almayın.

 

Bu məhsullar evdə olduğu müddətcə, xüsusilə kompüter arxasında, yeməyə can atacaqsınız.

 

Yemək yediyinizdə çalışmayın. 

 

Bu, doyma hissinizə mənfi təsir edəcək. Yemək porsiyanız bitsə belə, siz hələ də doymadığınızı düşünəcəksiniz.

 

Yemək porsiyalarınızı düzgün təyin edin.

 

Həddindən çox yeməyin, yeməkdən öncə atışdırmayın. Boşqabınızda daha çox tərəvəz, 100-150 qr ət , balıq və s., bunlardan daha az isə makaron, qreçka və s. olsun.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub