Kəskin ürək çatışmazlığının əsas ƏLAMƏTLƏRİ
28.10.2021 15:34
Ürək çatışmazlığı — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan klinik ölümlə nəticələnə bilən funksional pozğunluqdur.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, ürək çatışmazlığı müstəqil xəstəlik deyil. O, müxtəlif ürək-damar patologiyalarının - işemik xəstəlik, ürəyin qapaq qüsurları, kardiomiopatiya, arterial hipertenziya və s. fəsadı kimi inkişaf edir.
 
Kəskin ürək çatışmazlığı ağciyər ödemi və kardiogen şokun yaranması baxımından təhlükləli sayılır. Xroniki ürək çatışmazlığı orqanların hipoksiyasına gətirib çıxarır.
 
Əsas əlamətləri aşağıdakılardır:
 
- Yorğunluq, təngnəfəslik
- Barmaq uclarının və dodaqların göyərməsi
- Qarın boşluğuna mayenin toplanması
- Qaraciyərin böyüməsi
- Gecə tez-tez sidiyə getmə
- Nizamsız ürək döyüntüsü
- İştahsızlıq, sinə ağrısı
- Dəri solğunluğu
 
Ürək çatışmazlığının əsas səbəbləri
 
- Koronar ürək xəstəliyi
- Siqaret çəkmək
- Diabet
- Artıq çəki
- Ailədə ürək xəstəliyi anemnezi
 
Ürək çatışmazlığının müalicəsi ilkin səbəbin (ÜİX, hipertoniya xəstəliyi, revmatizm, miokardit və s.) aradan qaldırılmasına yönəldilir. Mexaniki baryer rolunu oynayan ürək qüsurları, ürək anevrizması, konstriktiv perikardit zamanı əksər hallarda cərrahi müdaxilə həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev