Göbələk düzgün seçilməyəndə və emal olunmayanda zəhərlənməyə, hətta ölümə belə səbəb ola bilir
27.10.2021 10:36
Artıq göbələk mövsümü başlayıb. Dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənən, çox sevilən göbələk düzgün seçilməyəndə və emal olunmayanda zəhərlənməyə, hətta ölümə belə səbəb ola bilir.
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə “ARB 24” telekanalının birgə layihəsi olan “Qida bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda da aktual və maraqlı mövzulara toxunulub:
- Ötən həftə də ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilib. Belə ki, AQTA əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində sanitariya-epidemioloji qaydalara və normativlərə əməl olunmadığı müəyyən olunub. Sumqayıt şəhəri, Energetik qəsəbəsi 9 ünvanında fəaliyyət göstərən Namazov Ruslan Rza oğluna məxsus çörək istehsalı müəssisəsində də yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində bölgələrdə də aşkarlanmış qanunsuz hallarla bağlı müvafiq tədbirlər görülüb.
- Artıq göbələk mövsümü başlayıb. Dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənən, çox sevilən göbələk düzgün seçilməyəndə və emal olunmayanda zəhərlənməyə, hətta ölümə belə səbəb ola bilir. Bəs, zəhərli və yeməli göbələyi hansı xüsusiyyətinə görə ayırd edə bilərik? AQTİ-nin mütəxəssisi Aysel Məmmədova və göbələk həvəskarı Yaşar Şirinov göbələyin həm faydasından, həm də səbəb ola biləcəyi təhlükəli xüsusiyyətindən ətraflı bəhs edib.
- AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. “Sun Food” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə edilmiş müraciət əsasında həmin şirkət tərəfindən istehsal olunmuş, istifadə müddəti bitmiş və istehlaka yararsız 34,535.6 kq müxtəlif növ qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
- BFMQƏ-lərin idxalına nəzarət gücləndirilib. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəyə idxal edilmiş bir sıra bioloji fəallığa malik qida əlavələrinə keçirilən baxış zamanı uyğunsuzluq aşkar edilib. Uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və qanunvericiliyin tələbi çərçivəsində müvafiq tədbirlər görülüb.
- Ölkəyə gətirilən bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı prosesi mövcud qanunvericiliyin tələbi çərçivəsində təmin edilməlidir. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməl etməsi zəruri olan tələblər barəsində qonağımız AQTA-nın şöbə müdiri Ramazan Nəbiyev geniş məlumat verib.
- İxracyönümlü məhsullar sırasında nar xüsusi yer tutur. Nar Azərbaycanın demək olar ki, bütün bölgələrində becərilir. Qiymətli, eləcə də iqtisadi cəhətdən olduqca əhəmiyyətli subtropik bitkidir. Lakin düzgün qulluq edilməyəndə xəstəlik və zərərvericilər məhsuldarlığa və keyfiyyətə əhəmiyyətli dərəcədə təsir göstərir, əmtəəlik dəyərini aşağı salır. “AQTA maarifləndirir” rubrikasında AQTA-nın Ucar Regional Bölməsinin sektor müdiri Yusif Ələkbərov, sahibkar Əli Bayramov və AQTİ-nin mütəxəssisi Bürhanə Mürşüdova nara ziyan vuran zərərli orqanizmlərə qarşı effektiv mübarizə tədbirləri ilə bağlı tövsiyələrini bölüşüblər.
Qeyd edək ki, “Qida bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB 24" telekanalında yayımlanır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

