Düyü qadın sağlamlığı üçün əhəmiyyətli olan fol turşusu və dəmir mənbəyidir
27.10.2021 09:09

Günümüzdə qadınların əməl etdikləri diyetlərin ürək xəstəlikləri, müəyyən xərçəng növləri və buna bənzər bir çox problemləri ehtiva edən xronik xəstəliklərin qarşısının alınmasına yardımçı olduğunu təsdiq edən, qadınlara yönəlmiş bir çox yeni araşdırmalar mövcuddur.

 

Aztibb.az xəbər verir ki, ABŞ Düyü Federasiyası aparılan araşdırmalar nəticəsində düyünün hər yaşda qadının sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən fol turşusu və dəmir kimi qida elementlərinə malik, lifli qidalandırıcı tərkibə malik olduğunu bildirir.

 

Qidalanma üzrə tədqiqatçılar aşağı karbohidrat diyeti dəbinin qadınların folat səviyyələrinin azalması səbəblərindən biri olduğuna diqqət çəkir. Qadınlar eyni zamanda bədəndəki dəmir azlığının səbəb olduğu dəmir anemiyasına da meyillidir. Dəmirin miqdarı kifayət qədər olmadıqda bədən qırmızı qan hüceyrələri üçün yetərli hemoqlobin istehsal edə bilmir. Anemiyanın bu ən çox yayılmış şəkli ABŞ-da qadınların təxminən beşdə birinə və hamilə qadınların yarısına təsir edir. Bu xəstəlik yorğunluq və gücsüzlükdən nəfəs darlığına, baş ağrılarına və ya konsentrasiya itkisinə qədər müxtəlif əlamətlərlə özünü göstərir.

 

Amerika Diyet Dərnəyinin Qadın Sağlamlığı və Reproduktiv Qidalanma üzrə rəhbəri, diyetoloq Jeanne Blankenshipin fikrincə, ABŞ-da yaşayan qadınların çoxu hələ də gündəlik dəmir və fol turşusu ehtiyaclarını qarşılaya bilmir, halbuki bunlar qadınlar üçün kritik önəm daşıyan iki qida maddəsidir. Düyü qadınlara fol turşusu qəbulu üçün mükəmməl vasitədir. Düyü yağsız ət və az yağlı süd məhsulları, meyvələr, qoz-fındıq və tərəvəzlər kimi qarniri olduğu bir çox qidalara qida elementləri, tutarlılıq və ləzzət qatır.

 

Bəzi tədqiqatçılar tərəfindən fol turşusunun eyni zamanda infarkt və beyin qanaması daxil olmaqla ürək xəstəliklərində bir risk faktoru olduğunu göstərən qan homosistein səviyyəsinin aşağı salınmasına da yardımçı olduğu qeyd edilir. Amerika Ürək Dərnəyinin nəşri olan "Circulation"da dərc olunan araşdırma fol turşusunun zənginləşdirilməsinin beyin qanamasından qaynaqlanan ölüm hallarının azaldılmasında effektiv dərəcədə təsirli olduğunu təsdiq edir. Daha yaxın zamanda aparılan araşdırmalarda isə fol turşusunun yumurtalıq xərçəngi və Alzheimer da daxil olmaqla müəyyən xərçəng növlərinin qarşısının alınmasında təsirini göstərdiyi irəli sürülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev