“Qaydalara əməl olunsa, rayonlara gediş-gəlişin bərpası problem yaratmayacaq”
31.08.2020 19:28

“Payız və qış aylarında soyuqla əlaqədar koronavirus infeksiyasının artma ehtimalı var. Çünki hava  soyuduqca, insanlar açıq havada deyil, daha çox qapalı məkanlarda olurlar. Bu da təmas riskini artırır. Biz də bu riski gözləmək üçün birinci növbədə məsafəni qorumalı və maskadan istifadə etməliyik”. 


Aztibb.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. 

 

Onun sözlərinə görə, bütün qapalı məkanlarda qoyulan qaydalara riayət edilməlidir: “İnfeksiyanın artmasının qarşısını almaq üçün qapalı və insanların sıx olduğu məkanlarda, mütləq şəkildə maska taxılmalı, sosial məsafəyə riayət olunmalıdır. İstər ticarət obyektləri olsun, istər digər məkanlar olsun, burada müəyyən say üzərində insan girişi məhdudlaşdırılmalıdır. Belə yerlərə eyni anda çox insan daxil ola bilməz. Bura metro stansiyaları və digər nəqliyyat vasitələri, xüsusən də avtobuslar aiddir”.


İşçi qrupun rəhbəri əlavə edib ki, payız-qış mövsümündə xəstəliklərin qarşısını almaq üçün qripə qarşı peyvənd vurulması tövsiyə olunur. 

 

“Əgər əhali qayda-qanuna əməl edərsə, düşünmürəm ki, vəziyyət pisləşər. Məsafə gözləməklə, maska taxmaqla bu virusdan qorunmaq olar”, - deyə  V.Əliyev əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır