Oftalmoloq: "Uşaqlarda iri gözlər qlaukomanın əlaməti ola bilər"
25.10.2021 10:57
“Dünyanın müxtəlif ölkələrində ayrı-ayrı xəstəliklərin mənzərəsi zamanla dəyişir. Dəyişməyən, yəni sayında heç bir azalma müşahidə edilməyən xəstəliklər isə şəkərli diabet və qlaukomadır”.
Bu fikirləri göz xəstəlikləri ilə bağlı suallarımızı cavablandıran ATU-nun Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Qurban İsmayılov deyib. O, bildirib ki, gözü müayinə etməklə, başqa xəstəliklərin əlamətlərini də üzə çıxarmaq mümkündür.
Həkimin sözlərinə görə, qlaukoma bu gün dünya oftalmologiyasının ən ciddi, ən qlobal problemidir. Şəkərli diabetin sosial bir xəstəlik olduğunu, burada qida, stres faktorlarının xüsusi önəm daşıdığını xatırladan müsahibimizin sözlərinə görə, bu xəstələrin həkim-oftalmoloqun nəzarətində olması, onların göz dibinə dəfələrlə inyeksiyaların edilməsi və göz dibində lazer müalicəsinin aparılması məcburi bir klinik standartdır.
Həkim-oftalmoloq dünya əhalisi arasında şəkərli diabetdən sonra baş verən korluqların böyük rəqəmlə ifadə olunduğunu söyləyib. Xatırladıb ki, el arasında göz təzyiqi kimi tanınan, elmi adı qlaukoma olan bu xəstəlik yayılma göstəricisinə görə ikinci yerdədir: “Bu xəstəliklərin həm konservativ, həm də cərrahi müalicəsi xəstənin ruh halına ciddi müsbət təsir göstərmir. Yəni bu xəstəlikdən əzab çəkən insanlar daim həkimdən narazı qalırlar. Azərbaycanda da, Avropada da, Amerikada da - bütün ölkələrdə belədir. Əksər hallarda cərrahi əməliyyatlara üstünlük verilmir. Öncə konservativ müalicə aparılır. Konservativ müalicənin effektivliyi az olanda, cərrahi müalicəyə zərurət yaranır. Ancaq əgər qlaukomada bir xəstənin görmə siniri ölmüşsə, o sinirin bərpası mümkün deyil və bu xəstəlikdən sonra korluğun artma faizi daha çoxdur”.
Q.İsmayılov bu gün dünya oftalmologiyasında tətbiq olunan bütün müasir müayinə metodlarının, konservativ və cərrahi müalicələrin ATU-nun Tədris Cərrahiyyə Klinikasında da aparıldığını vurğulayıb. Bildirib ki, klinikanın Oftalmologiya şöbəsi həm katarakta, həm ön, orta və arxa seqment cərrahiyyəsində, həm də diaqnostikada istifadə olunan ən müasir aparatlarla təchiz edilib: “Son model aparatlarla xəstələr üzərində klinik müayinə apara bilən həkimlərimiz, ön, orta, arxa seqmentlərdə əməliyyatları icra edən cərrahlarımız var”.
Dünya statistikasında əvvəllər olduğu kimi, son dövrlərdə də çəpgözlüyə daha çox rast gəlindiyini deyən doktor bildirib ki, isti ölkələr, o cümlədən Azərbaycan üçün xarakterik olan quru göz sindromu da çox təsadüf olunan xəstəliklər qrupuna daxildir:
“Dünyada bu xəstəliklər əvvəl də mövcud idi və faiz nisbəti eyni səviyyədə idi. Yalnız keçmiş dövrlə indiki oftalmologiyanı müqayisə edəndə, bu problem daha çox qabarır. İndi həkimlərin köməyinə çatan müasir aparatlar xəstəliklərin vaxtında diaqnozunun qoyulmasına imkan yaradır. Əvvəllər bu aparatlar yox idi və həkim xırda bir əl oftalmoskopu və yaxud şüşəli oftalmoskopla diaqnoz qoymaq məcburiyyətində idi. Ancaq bu gün Tədris Cərrahiyyə Klinikasında ən çətin, ən ağır diaqnozu qoymaq üçün normal bir həkimin 7-10 dəqiqəlik zamanı kifayətdir ki, gözün arxa hissəsindən, yəni torlu qişadan tutmuş, görmə sinirinə qədər olan hər hansı bir patologiyanı qiymətləndirə bilsin”.
Müasir dövrdə uşaqlar arasında refraksiya anomaliyalarının üstünlük təşkil etdiyini bildirən həkim-oftalmoloq bildirib ki, 18 yaşa qədər uşaqlarda miopiya, hipermetropiya və astiqmatizmin müalicəsi yalnız eynək taxmaqdan ibarətdir:
“18 yaşa qədər, hətta 18 yaşdan sonra da hər hansı bir vitamin terapiyasının tətbiqi məqsədəuyğun sayılmır. Çünki bu sırf refraksiyadır, ya da optiki sistemdir. Dünyada optiki sistemi dəyişə biləcək elə bir vitamin, elə bir damcı, elə bir dərman yoxdur. 18 yaşa qədər orqanizmin bütün əzaları inkişaf etdiyi kimi, göz alması da inkişaf edir. Təbii ki, 18 yaşda inkişaf dayanır. Bu insanların 18 yaşına qədər eynək taxması vacibdir. 18 yaşdan sonra gözdə hər hansı bir refraksiya ya Ekseymer lazer əməliyyatı, ya da İOL - intraokulyar büllur linza implantasiyası vasitəsilə aradan qaldırıla bilər.
Uşaqların müayinəsi çox çətindir. Valideynlər yarımçıq doğulmuş, küveys aparatında qalmış uşaqların göz dibinin müayinəsinin 1 yaşına qədər tez-tez aparılmasına çalışmalıdırlar. İşıq düşən zaman və yaxud qaranlıqda uşağın bəbək nahiyəsində “pişik göz”ün, yəni yaşıl rəngin olması uşaqlar üçün təhlükəli bir diaqnozun üzə çıxmasına şərait yaradar. Uşaqlarda binokulyar görmə olmadığına görə, 5-6 yaşa qədər çəplik kimi görünən gözlərdən qorxmaq lazım deyil. Uşaqlar 5-6 yaşa qədər eynəyi çox çətin daşıyırlar. Yəni refraksiya anomaliyalarına görə narahat olmağa dəyməz. Böyük gözlər olanda isə qorxmaq lazımdır. Çünki qlaukoma ola bilər. Eyni zamanda, uşaqların gözlərini hərəkətli obyektin arxasınca qaçırmaması da hansısa bir problemin göstəricisidir”.
Q.İsmayılov bildirib ki, uşaqlar arasında anadangəlmə kataraktalar, yəni mirvari suyu həmişə olub, yenə də var və müalicə olunur. Tapetoretinal abiotrofiya isə çox ciddi və qlobal problemdir. Yəni konservativ və cərrahi müalicəsi yoxdur.
Həkim-oftalmoloq son dövrlərdə koronavirusun yayılması ilə bağlı göz xəstəliklərinin də çoxalması haqda fikri heç cür qəbul etmədiyini söyləyib. Eyni zamanda gözü müayinə etməklə başqa xəstəliklərin əlamətlərini üzə çıxarmağın mümkünlüyünü vurğulayıb:
“Göz insan bədəninin güzgüsüdür - deyimi elə-belə yaranmayıb. Normal oftalmoloq göz dibinə baxmaqla ilkin olaraq şəkərli diabetin diaqnozunu təsbit edir. Torlu qişada ekssudatın və yaxud nöqtəvari qansızmanın olması şəkərli diabetin əmələ gəlməsinin siqnalıdır. Oftaloskopiya zamanı görmə sinirində hər hansı ödəm, durğunluq müşahidə olunarsa, bu, xəstənin kəllə nahiyəsində hansısa şiş, iltihabi, ocaqlı bir törəmə haqda ilkin məlumat sayılmalıdır. Biomikroskopiyada isə ön kamerada hər hansı bir iltihabın, yağ damlasının görünməsi orqanizmdə vərəm çöplərinin və yaxud endogen iltihabın olmasını göstərir”.
Bu bölməyə aid digər xəbərlər
Ağlamamaq insanın daxildə hansı narahatlıqlara səbəb olur? - Psixosomatoloq izah etdi
26.06.2026 | 12:33
Ekspert arıqlama preparatlarının ölümcül fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib
25.06.2026 | 12:49
Yuxusuzluğa qarşı geniş istifadə olunan preparat ürək çatışmazlığı riskini artıra bilər
25.06.2026 | 11:48
Alimlər “Qərb tipli qidalanma”nı psixi pozuntuların yaranma riski ilə əlaqələndiriblər
24.06.2026 | 12:52
İqlim dəyişikliyi və dərmanlardan düzgün istifadə olunmaması gənələrin sayını artırır
24.06.2026 | 12:47
Ürək tutması artıq yaşlı xəstəliyi deyil - 40 yaşdan aşağı halların artmasının səbəbləri
21.06.2026 | 13:24
Avropa Birliyindən sosial media xəbərdarlığı: Gənclərdə psixi sağlamlıq böhranı dərinləşir
20.06.2026 | 10:38
Problem ürəkdə deyil, beyindədir: Psixiatr panik atakı saniyələr içində dayandıran 3 üsulu açıqlayıb
20.06.2026 | 08:26
JAMA: Həyat tərzinin dəyişdirilməsi xroniki xəstəlik riskini azaldır
19.06.2026 | 07:39
Araşdırmalar göstərir ki, həftələr əvvəl ortaya çıxan əlamətlər çox vaxt infarkta işarədir
18.06.2026 | 12:46
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
18.06.2026 | 15:14
Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib
26.06.2026 | 13:09
Mərkəzi Klinika vakansiya elan edir
19.06.2026 | 14:24
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
19.06.2026 | 10:00
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
22.06.2026 | 14:52
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
22.06.2026 | 11:16
Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib
18.06.2026 | 12:45
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
19.06.2026 | 18:23
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
23.06.2026 | 15:12
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
22.06.2026 | 15:30
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
24.06.2026 | 08:59
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
17.06.2026 | 17:20
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
18.06.2026 | 10:41
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub
19.06.2026 | 11:07
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
22.06.2026 | 10:40

