Gecələr insanı yuxudan oyadan ağrılar nədən yaranır? - Həkim məsləhəti
25.10.2021 10:40
Osteoartrit termini yunan dilində oynaq mənasını verən "artron" sözündən əmələ gəlmişdir. Osteoartrit oynaqların aşınması deməkdir. Osteoartritə xalq arasında kirəcləşmə də deyilir. Bu, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın aşınması və zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Osteoartritə daha çox diz, bud-çanaq, bilək və onurğa sütunu oynaqlarında rast gəlinir.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu Müseyib Əhmədov “Həkim məsləhəti” rubrikasında “Osteoartrit nədir? Gecələr yuxudan oyadan ağrılar nədən yaranır və bu xəstəlikdən necə qorunmaq olar?” sualını cavablandırarkən belə deyib.
Həkimin sözlərinə görə, qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Əsasən 50 yaşdan yuxarı şəxslərdə qeyd edilir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamilə nazilib aradan qalxması və sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın bu zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.
Son vaxtlar 60-70 yaşlı insanlar arasında diz ağrıları geniş yayılmışdır, lakin bu xəstəlik insanları 30 yaşda da yaxalaya bilər. Osteoartrit diz ağrılarının əsas səbəbi olub, artritin ən çox yayılmış formasıdır. Osteoartrit müalicə olunandır. Düzdür, ola bilsin siz heç vaxt bu ağrılardan tam qurtula bilməyəsiniz, amma bu xəstəliyi idarə edə və əlamətlərinə nəzarət edə bilərsiniz.
Bəs ağrıların osteoartrit əlaməti olduğunu necə bilmək olar?
Əgər sizin diziniz, diz qapağının altı ağrıyırsa, xüsusən də diz çökəndə, çömbələndə və ya pilləkənlə aşağı enərkən bərk ağrılar olursa, bu osteoartrit əlamətidir. Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq məsləhətdir. Oturaq həyat tərzi, piylənmə, ağır yük qaldırma osteoartritin yaranmasına səbəb olur. Sümüklər arasındakı qığırdaqlar ömür boyu dağılır.
Bəzi insanlarda bu proses aldıqları zədələr və ya genetik faktorlardan asılı olaraq daha sürətlə gedir. Qığırdaqlar nazildikcə, sümüklər bir-birinə sürtülür və ağrı, şişkinlik yaradır. Əgər bu ağrılar sizin üçün narahatlıq törədirsə, gecələr yuxudan oyadırsa, deməli, həkimə müraciət etməyin vaxtı çatıb. Bunun osteoartrit olub-olmadığını adi rentgen göstərəcək və zərurət yaranarsa, MRT menisk yırtıqlarının olub-olmadığını müəyyən edəcək.
Diz ağrısının qarşısını almaq üçün bir sıra vərdişləri dəyişmək lazımdır. Məsələn, dizləri bükərək üzərinə oturmaq vərdişini tərgitmək, xüsusən yaşlı insanların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Kəskin diz ağrısında müalicənin ən son variantı cərrahi müdaxilədir.
Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik, yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə seçilir. Diz qapağı çıxıqları, ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gələn diz ağrıları varsa, artroskopik və mini açıq əməliyyatlar icra edilir.
"Ona görə də, tövsiyə edərdim ki, dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik, deformasiya müşahidə olunursa, pilləkən enərkən və qalxarkən ağrı yaranırsa, gecə yuxudan oyandıran diz ağrıları varsa mütləq həkimə müayinəyə gedəsiniz, vaxtında həkim müayinəsi və müalicəsi sizi cərrahi müdaxilədən qoruya bilər", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

