Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq keyfiyyət standartına uyğundur
31.08.2020 15:36

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının İSO 15189:2012 standartı üzrə növbəti audit akkreditasiyası müvəffəqiyyətlə başa çatıb.

 

Bu barədə Aztibb.az-a hospitaldan məlumat verilib.

 

Belə ki, Hospitalın Tibbi laboratoriyasının ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə 2020-2021-ci illər üzrə növbəti audit akkreditasiyası müvvəfəqiyyətlə başa çatıb. Auditin nəticələrinə görə, Gömrük Hospitalının Tibbi laboratoriyasının ISO 15189:2012 beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib.

 

İSO standartları üzrə beynəlxalq ekspertlər tərəfindən laboratoriyanın operativ və keyfiyyətli xidmət göstərilməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartına uyğun olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun təşkil edilməsi audit edilib.

 

Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.

 

Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır