Gicgah-çənə oynağı disfunksiyasının MÜALİCƏ ÜSULLARI
22.10.2021 10:29
Gicgah-çənə oynağı disfunksiyasının müalicəsi osteopatik və posturaloji müalicə üsulları vəhdətindən ibarətdir.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, buna ümumi bədən biomexaikasının balanslaşdırılması, gicgah-çənə oynağıətrafı əzələ və bağların bərpası, oynaq kapsulunun balanslaşdırılması aiddir. Boyun fəqərələri, xüsusilə I boyun fəqərəsi olan atlasın blokadasının aradan qaldırılması, gicgah və çeynəmə əzələlərinin spazmının aradan qaldırılması gicgah-çənə oynağı disfunksiyasının müalicəsində ən vacib aspektlərdir.
 
Gicgah-çənə oynağı disfunksiyasını müalicə etməsək fəsadları nədir ?
 
Gicgah çənə oynağı disfunksiyasını müalicə etməsək, orqanizmin kompensator imkanları tükənə, simptomlar daha da ağırlaşa bilir, patologiya proqressivləşib gicgah-çənə oynağında böyük diskomfort yarada bilər. Gicgah çənə oynağının artrozu və hətta ankilozlaşmasına səbəb ola bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev