Körpə barmağını əmir? - NƏ ETMƏLİ?
22.10.2021 09:06

Hamiləliyin təqribən üçüncü trimestrinin əvvəllərindən (bəzən isə daha əvvəl) başlayaraq körpə öz yumruqları və ayaq barmaqları ilə, həmçinin göbək ciyəsi ilə oynayır və onları sorur.

 

Aztibb.az xəbər verir ki, bunu ultrasəsli müayinənin köməyilə görmək olar. Bu yolla o, anasının bətnindən ayrılan kimi ona lazım olacaq "əmmə" bacarığını inkişaf etdirir.

 

Doğuşdan sonra körpə yumruqlarını əmməyə başlayır. Odur ki, yumruqlarını əmməsini, körpənin anadangəlmə vərdişlərindən biri hesab etmək olar.

 

Əmmə prosesində körpə dərhal sakitləşir, çünki bu ona ana bətnindəki rahatlığı xatırladır.

 

Körpə öz barmağını, eynilə döşü əmdiyi kimi əmir. Barmağı əmmək, körpənin döşü düzgün əmib-əmməməsinə heç bir təsir göstərmir. Məhz bu səbəbdən, körpə döşü əmərək sakitləşmədikdə, barmaq işə yarayır. Ana körpənin barmağını yumşaq hissəsi yuxarı şəkildə damağa tərəf çevirir və körpə dərhal sakitləşir.

 

Lakin, körpə ilk günlər öz bədən hərəkətlərini çətinliklə koordinasiya etdiyi üçün, barmaqlarını və yumruqlarını şüurlu şəkildə yalnız 3-cü ayına yaxın əmməyə başlayır. Bu zaman o nəhayət ki, öz əllərini "tapa" bilir. Bundan sonra, körpə ağzını və əllərini diqqətlə tədqiq etməyə başlayır.

 

O, öz ağzının quruluşunu nə qədər tez öyrənsə, 1 yaşına yaxın öz nitq aparatını bir o qədər asanlıqla idarə edəcək.

 

Lakin, körpələrin öz yumruqlarına bu qədər həvəs göstərməsi, xüsusilə, körpənin əllərini dərinə salması nədənsə bir çox valideynləri qorxudur. Barmaq sorma "problemi" barədə danışanda, həkim və ya qohumlardan ilk eşitdiyimiz bu olur: körpə acdır, ananın südü azdır. Yox əgər körpənin çəkisi qaydasındadırsa, o zaman da əmmə refleksini təmin etmək üçün körpəyə dərhal əmzik vermək lazım olduğu deyilir. İlk ağıla gələn, sıxıntı və tənhalıqdan barmağını soran atılmış uşaqların təsviri olur.

 

Körpənin barmağını əmməsini tərgitmək, yoxsa barmağını doyunca əmməsinə imkan vermək lazımdır?

 

Cavab kifayət qədər sadədir: əgər siz körpənizi tələbinə uyğun qidalandırırsınızsa, əmizdirmələrin müddətini məhdudlaşdırmırsınızsa, körpəni zəruri taktil təmasla təmin edirsinizsə, özünüzü ana rolunda əzmli hiss edirsinizsə, körpəyə əmməyə döşdən başqa bir şey vermirsinizsə, körpənin üzərində erkən inkişaf təcrübələri aparmırsınızsa, o zaman, barmaq və ya yumruq əmmək sadəcə idraki refleksdir və tezliklə öz-özünə keçib gedəcəkdir.

 

Bəzi körpələr özlərini çox məzəli aparır: döşü əmməyə başlayan körpə, eyni zamanda yumruğunu da ağzına salmağa çalışır.

 

Əgər körpə barmağını uzun müddət və israrla əmirsə (10-15 dəqiqədən artıq) və ya barmağı ağzında yatırsa, çox güman ki, o, xoşagəlməz hisslər keçirir. Odur ki, zərif şəkildə barmağı döşlə əvəzləməyə çalışın və körpənin sizə verdiyi siqnallara daha çox diqqət yetirin ki, onun bu həyəcanlı vəziyyətinin səbəbini anlayasınız.

ÇOX OXUNANLAR
Biləsuvar RMX-nın terapevti Bayraməli Bayramov vəfat edib
 Qida ilə təmasda olan mütəxəssislər üçün gigiyena təlimi
Bağırsaq “tənbəlliyi” nədir?
ATU-da ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib
Uşaq cərrahından xəbərdarlıq: Kriptorxizm vaxtında aşkarlanmasa, sonsuzluq riski artır
Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən Xocasən qəsəbəsində tibbi aksiya keçirilib
 Tədris Cərrahiyyə Klinikasında uğurlu diz protezi əməliyyatı icra olunub   
Hövsan Tibb Mərkəzinin həkimi Adil Qubadov vəfat edib
Ömrünün 30 ilini Tərtər Rayon Mərkəzi Xəstəxanasına bağlayan həkim - Həyat Hüseynova
“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici görüş olub
50 gün süni tənəffüs aparatında respirator dəstək görən körpənin vəziyyəti stabilləşib
 Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib   
Neftçalada könüllü qanvermə aksiyası keçirilib
 Azərbaycan urologiyasının tarixində ilk dəfə həkimlərimiz beynəlxalq kongres nəzdində ayrıca sessiya təşkil ediblər   
 Həkim və feldşerlər üçün təlim: “Onurğa və ətrafların travmaları zamanı immobilizasiya qaydaları”