Peyvəndsiz uşaqlar cəmiyyət üçün təhlükəlidir? - Valideynlərin diqqətinə!
21.10.2021 09:46

Son günlər bütün dünyada və Azərbaycanda koronavirusa yoluxma hallarının artması və bu virusun bəzən azyaşlılarda da təhlükəli hallara, ağırlaşmalara səbəb olması uşaqların da koronavirus əleyhinə peyvənd olunması məsələsini aktuallaşdırıb.

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova uşaqlarda peyvəndin birmənalı qarşılanmamasını nəzərə alaraq sosial şəbəkədə valsinasiya ilə bağlı valideynləri narahat edən mühüm məqamlara aydınlıq gətirib. Həmin qeydləri təqdim edirik:

 
- Peyvənd autizm yaratmır.
- Uşaqlara peyvənd mütləq edilməlidir.
- Peyvəndsiz uşaq, mikroblar qarşısında müdafiəsizdir.
- Peyvənd qorxulu deyil.
- Peyvənddən sonra qızdırma, yerli reaksiya normaldır.
- Peyvəndi gecikdirmək olmaz.
- Peyvənddən əvvəl və ya sonra uşağa dərman verilməsinə ehtiyac yoxdur.
- İlk 5-6 yaş təbii immunitetin formalaşması üçün peyvəndin rolu əvəzedilməzdir.
- Peyvəndin qoruduğu ölümcül xəstəliklər vardır.
- Peyvəndsiz uşaqlar cəmiyyət üçün təhlükəlidir.
- Peyvəndsiz uşaqlar bağça və məktəb üçün təhlükəlidir.
- Peyvəndi düşünmədən, tərəddüd etmədən birmənalı olaraq vurdurmaq lazımdır.
- Peyvənd üçün özəl və ya dövlət xəstəxanasının fərqi yoxdur.
- Qanazlığı, əsəbilik, allergik problemlər, “timus”, ”hipoksiya”, “təzyiq”, “əmgək” və s. səbəblər peyvəndə əks göstəriş deyil.

"Məsuliyyətli olaq, peyvəndləri vurduraq", - deyə həkim hər kəsə çağırış edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev