Reyhanın bilmədiyimiz 6 faydası
31.08.2020 14:29

Reyhan bitkisi çox qədim zamanlardan bəri tibbi məqsədlərlə istifadə edilir. Çox hallarda göyərti kimi salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı, həm də bir çox dərdin dərmanıdır.

 

Reyhan - dodaqçiçəklilər fəsiləsindən bir illik bitki cinsidir. Vətəni Hindistan və İrandır. Cənubi Avropanın bütün ölkələrində becərilir.

 

Bu bitkinin yarpaqlarında efir yağı, azotlu maddə, yağ, sellüloza, vitaminlər, boya maddələri və s. var. Yarpaqlarında olan boya maddələri (məsələn, xlorofil, flavon, karotin) tibbi cəhətdən faydalıdır. Qida ilə qəbul olunmuş reyhan maddələr mübadiləsini yaxşılaşdırır , həzmi asanlaşdırır və mədə-bağırsaq sistemini nizamlayır.

 

Aztibb.az saytı reyhanın faydalarını sadalayır:

 

  • Bağırsaqdakı parazitləri atır. Həzm sistemi xəstəliklərində olduqca təsirli olan reyhan yarpağı, gündə iki dənə yeyildikdə bağırsaqdakı parazitləri təmizləyir, maddələr mübadiləsini yaxşılaşdırır, həzmi asanlaşdırır.

 

  • İmmuniteti gücləndirir. Antibakterial tərkibi sayəsində immuniteti gücləndirici təsiri var.

 

  • Şişkinliyi azaldır. Gündə iki yarpaq yeyilən reyhan bədəndəki şişliyi atmağa kömək edir.

 

  • Depressiyadan qoruyur. Reyhan anti-depressiya təsiri edir və insanı sakitləşdirir.

 

  • Bronxları yumşaldır. Bu bitki bronxları yumşaldaraq, öskürəyin azalmasına kömək edir. Eyni zamanda, ağciyərləri təmizləmə xüsusiyyətinə də malikdir.

 

  • Xərçəngin qarşısını alır. Tərkibindəki flavon və taninlər sayəsində xərçəngdən qoruyur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır