Ölkəmizə COVID-19-un 5-ci dalğası gələrsə, onu necə qarşılamalıyıq?   
20.10.2021 12:09
Koronavirusun dünya üzrə statistikasına (223 ölkə) nəzər salsaq, görərik ki, vəziyyət heç də ürəkaçan deyil. 2021-ci il 19 oktyabr tarixinə olan məlumata görə, dünya üzrə cəmi yoluxanların sayı 242,125,591 nəfər, yeni yoluxanların sayı 246,068, cəmi ölənlərin sayı 4,924,573 olmuşdur. Yeni ölənlərin sayı 4,073, ölüm faizi 2,03-dür. COVID-19 yenidən aktivləşib və dünyanı ölüm saçan təhlükəsi ilə qarış-qarış gəzməkdə davam edir. Bəzi yerlərdə artıq 5-ci dalğanın gəlişi haqqında faktlar var.
 
Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Gamkrelidzenin sözlərinə görə, ölkədə yoluxanların sayı ciddi şəkildə artıb ki, bu da 5-ci dalğanın başlanğıcıdır. Onun sözlərinə görə, yalnız peyvənd epidemiyanı dayandıra bilər. O, əhaliyə müraciət edərək, hər kəsi vaksinasiya olunmağa çağırıb. Qonşu ölkədə - Gürcüstanda koronavirusun 5-ci dalğası başlayıbsa, Azərbaycanda da onu qarşılamağa hazır olmalıyıq.
 
Aztibb.az xəbər verir ki, “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva “COVID-19-un 5-ci dalğası gələrsə, onu necə qarşılamalıyıq?” sualını cavablandırıb.
 
Onun sözlərinə görə, COVID-19 xəstəliyinin artmasına həmçinin, payız-qış mövsümünün başlanması, respirator və infeksion xəstəliklərin artması da ciddi təsir göstərir. Məktəblərin və iri ticarət mərkəzlərinin açılmasını, kütləvi tədbirlərin keçirilməsini nəzərə alsaq, koronavirusun artma səbəblərinin də artdığını bununla izah edə bilərik. Artıq bir neçə gündür ki, orta məktəblərdə və iki ali təhsil müəssisəsində uşaqlar və tələbələr arasında COVID-19 xəstəliyinə yoluxanlar və dünyasını dəyişənlər də var. Bununla əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində bəzi təhsil müəssisələri onlayn tədrisə keçib.
 
"Hələ 2019-cu ilin sonlarından həyatımıza daxil olan və həyat tərzimizi dəyişən COVID-19-a qarşı mübarizə tədbirləri eynidir. Sanitar-gigiyenik qaydalara riayət etmək və vaksinasiya hələlik koronavirusdan yeganə müdafiə vasitəsidir.
Sanitar-gigiyenik qaydalara tibbi maska taxılması, ara məsafənin saxlanılması, əllərin gigiyenası (tez-tez yuyulması və ya spirtlənməsi), zərurət olmadıqda evdən çıxmamaq, insanların sıx toplandığı yerlərdən uzaq olmaq aiddir. Əlbəttə ki, ən mühüm mübarizə üsulu - əhalinin vaksinasiyası da davam etdirilməlidir", - deyə həkim qeyd edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev