Koronavirus pandemiyasının biznes sektoruna mənfi təsirləri -Sahibkar rəyi
31.08.2020 12:43

Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti” sahibkar rəyində" adlı ümumölkə (işğal olunmuş ərazilər və Naxçıvan MR istisna olmaqla) miqyaslı, 374 biznes subyektini əhatə edən sosioloji sorğu keçirilib.

 

Aztibb.az xəbər verir ki, sorğuya cəlb olunan sahibkarlara təqdim edilən e-anket (e-mail vasitəsilə) 41 modul tipli sualı özündə əks etdirib. Analitik hesabatdan çıxarış kimi, sahibkarlara ünvanlanmış “Koronavirus (COVID-19) pandemiyasının Sizin biznesə təsirini necə qiymətləndirirsiniz?” sualına ümumiləşdirilmiş rəy aşağıdakı kimidir.

 

Digər tərəfdən sorğu çərçivəsində sahibkarlara ünvanlanan “Sizcə Koronavirus pandemiyasından ən çox zərər çəkmiş biznes sektoru hansıdır?” sualına verilən cavabların təhlili kimi aşağıdakı ilkin nəticələr hasil edilmişdir.

 

Məhz bu istiqamətdə beynəlxalq miqyasda həyata keçirilən tədqiqatlardan çıxış edərək nəticələrin qlobal tendensiyalara adekvatlığı müşahidə edə bilərik. “Ernst & Young” şirkəti tərəfindən 46 ölkədə iqtisadiyyatın 14 sektoru üzrə 2900-dən artıq müəssisə rəhbəri (sahibkar) arasında keçirilən rəy sorğusu nəticələrinə görə turizm və aviasiya, restoran-kafe kafe xidmətləri sahəsi sahibkar rəyində pandemiyadan ən çox təsirlənən, ərzaq sektoru və maliyyə-sığorta xidmətləri isə ən az təsirlənən sahə kimi müəyyən olunub.

 

Digər tərəfdən Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan sorğunun birinci mərhələsində iştirak edən sahibkarların 43.2%-i dövlət tərəfindən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar əməliyyatları dayandırdıqlarını, 47.2%-i isə aşağı həcmdə əməliyyatlar həyata keçirdiyini bildirib. Sorğu iştirakçılarının sadəcə 9.6%-i fəaliyyətinə tam gücü ilə davam etdiyini bəyan edib.

 

Eləcə də, diqqət çəkən məqam kimi, rəyi öyrənilən sahibkarların 78.4%-i COVID-19 pandemiyasının təsirinin minimuma endirilməsi məqsədilə dövlətin KOB-lara dəstək siyasəti və tədbirləri barədə məlumatlı olduğunu, 21.6%-i isə bu istiqamətdəki tədbirlərdən məlumatsız olduqlarını qeyd ediblər.

 

Qeyd edək ki, təqdim edilən sorğu nəticələri aprel-iyul ayları əhatə etməklə KOB-ları təmsil edən sahibkar rəylərinə əsaslanır. Analitik hesabatın Mərkəz tərəfindən yaxın gələcəkdə geniş ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır