Gənc yaşda ürək dayanması: xəbərdaredici ƏLAMƏTLƏR
19.10.2021 17:01

Ürək dayanması istənilən yaşda qəfildən baş verə bilən hadisədir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, ürək dayanması insan həyatını risk altına alan geniş yayılmış ürək patologiyalardan biri hesab edilir. O, elektrik impulslarının dəyişmiş rejimi nəticəsində ürək döyüntüsünün qəfildən dayanması ilə səciyyələnir. Ürək döyüntüsü gözlənilmədən qeyri-müntəzəm olur, aritmiya yaranır və ürək dayanır. Bundan sonra o, fəaliyyətini tamamilə dayandırır.

 

Xəbərdarlıq edən əlamətlər. Kardioloqlar ürək dayanmasının iki əsas əlamətinə diqqət yetirirlər: şüurun itməsi və sinədə daimi ağrının baş verməsi.

 

Əgər insan şüurunu qəflətən itirirsə, bu təhlükəli aritmiyaya - ürək dayanmazdan əvvəl yaranan çox sürətli və ya çox yavaş ürək döyüntüsünə işarə edə bilər.

Xüsusilə sakitlik şəraitində sinədə ağrının yaranması zamanı operativ EKQ müayinədən keçmək lazımdır: bu, mümkün ürək dayanması ilə nəticələnə bilən pozuntunu aşkar etməyə imkan verir.

 

Ürək dayanmasının gənc yaşda baş verməsinin səbəbləri genetik pozuntularla izah oluna bilər. İnsanda ürəkdə elektrik impulslarında nasazlıq yaratmağa qadir gen qüsuru ola bilər.

 

Daha bir mümkün səbəb idmançıların tez-tez əziyyət çəkdiyi ürək genişlənməsi ilə bağlı ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev