Prostat xərçənginin ERKƏN SİMPTOMLARI
19.10.2021 10:00

Prostat xərçəngi ilə məşğul olan ingiltərəli mütəxəssislər belə düşünürlər ki, kişilər arasında ən çox rast gəlinən məhz bu xərçəng növüdür. Xəstəlik ölümcül ola bilər, lakin erkən əlamətlər onu tez aşkarlamağa kömək edir. 

 

Bu barədə Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir. Mütəxəssislər bildirir ki, ümumiyyətlə kişilərin qadınlara nisbətən həkimlərə müraciət etmə ehtimalı yüzdə 20 daha azdır. Lakin simptomları müzakirə etmək xoşagəlməz görünsə belə, vaxtında həkimə getmək həyatı xilas edə bilər.

 

Prostat xərçəngi yavaş-yavaş inkişaf etdiyindən pasiyent uzun müddət bundan xəbərsiz ola bilər. Mütəxəssislər kişilərə sidik vərdişlərindəki hər hansı bir dəyişikliyə xüsusi diqqət yetirməyi tövsiyə edirlər:

 

"Sidiyə getmədə çətinlik və ya ağrı, prostat xəstəliyi və ya xərçəngin digər bir növünün əlaməti ola bilər. Prostat böyüdükdə, uretraya təzyiq ola bilər və bu da sidiyə getməni çətinləşdirə bilər".

 

Məlumata görə, kişilərdə daha tez-tez sidiyə getmək istəyi, idrar zamanı gərginlik hissi müşahidə oluna bilər. Və ya onlar tualetdən istifadə etdikdən sonra kisənin tamamilə boş olmadığını hiss edə bilərlər. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev